2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“İzumo” yapon gəmisi ABŞ təchizatçısını qorumağa gedəcək

ABŞ-ın yanacaq doldurmaq üçün Koreya yarımadasına gedən təchizat gəmisini Yaponiyanın ən böyük hərbi gəmisi “İzumo” müşayiət edəcək.
Bu gəmilər də bir müddət əvvəl Koreya yarımadasına yola düşən “Carl Vinson” qrupuna daxildir.

Məlum olduğu kimi, Şimali Koreya ABŞ-ın dəfələrlə nüvə və raket fəaliyyətini dayandırmaq barədə xəbərdarlıqlarına baxmayaraq, bazar günü yenidən uğursuz raket sınağı keçirib.
Doqquz vertolyot daşıma gücü olan “İzumo” 249 metr uzunluğundadır və ABŞ-ın sualtı desant gəmilərini xatırladır.
O, Tokionun cənubunda Yokosuka bazasından çıxaraq ABŞ təchizat gəmisini qarşılayacaq və sonra ölkənin qərbinə doğru gedəcəklər. İzumo 2015-ci ildə qəbul edilmiş hücum təhlükəsində olan müttəfiqinə yardım etməyə dair mübahisəli qanuna əsasən hərəkət edən ilk gəmidir.
Müşahidəçilər bu mübahisəli qanunun II Dünya Müharibəsindən sonra qəbul olunmuş qanunu pozduğunu və kənarda lazımsız müharibə yarada biləcəyini bildirirlər.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button