Loading...
Loading...
SEÇMƏ

İzyumda kütləvi məzarlıq tapılıb: Ukrayna Rusiyanı ittiham edir

Yayımlandı: 17 Sentyabr 2022 13:27

İşğaldan azad edilən şəhərdə 450 məzarın tapıldığı bildirilir

Sentyabrın 16-da Ukraynanın İzyum şəhərində eksqumasiya edilən cəsədlərin 99 faizində zorakılıq nəticəsində ölüm əlamətləri aşkarlanıb.

Bunu Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.

Bir neçə gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin Rusiya işğalından azad etdiyi İzyum şəhərinin kənarında 450-yə yaxın məzar tapılıb.

Ukrayna hökumətinin məlumatına görə, Xarkov vilayətinin geri alınmış ərazilərində rus hərbçilərinin ukraynalılara işgəncə verdiyi ən azı on yer tapılıb.

Şəxsiyyəti məlum olmayan meyitlər arasında həm hərbçilər, həm də mülki şəxslər var.

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya geridə yalnız ölüm və iztirab qoyur.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi araşdırma aparmaq üçün İzyuma missiya göndərmək niyyətindədir.

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski də daxil olmaqla rusiyalı siyasətçilər Kiyevin İeyumdakı kütləvi məzarlarla bağlı bəyanatlarını təxribat adlandırıblar.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  Sumqayıt sakini: “Qalmışam ekspertiza ilə polis bölməsinin arasında”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button