Bizim tərcüməDünya

James Webb Kosmik Teleskopu 700 işıq ili uzaqlıqdakı ekzoplanetin atmosferini çəkdi

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) James Webb Kosmik Teleskopu tərəfindən çəkilmiş son görüntüləri paylaşıb. NASA-nın internet saytında yer alan xəbərə görə, 700 işıq ili uzaqlıqdakı “WASP-39b” ekzoplanetinin atmosferi James Webb Kosmos Teleskopu sayəsində tədqiq edilib.

Ceyms Uebb teleskopu tərəfindən qeydə alınan görüntülərin köməyi ilə ekzoplanetin atmosfer komponentləri profilləşdirilib və çoxsaylı komponentlər, o cümlədən kükürd dioksidi aşkar edilib.

Beləliklə, NASA ekzoplanetin atmosferi ilə bağlı görünməmiş mənzərəni paylaşdı. Avqustun 26-da Günəş sistemindən kənarda yerləşən “WASP-39b” ekzoplanetinin atmosferində ilk dəfə karbon qazı aşkar edilib.

N111

Saturna yaxın kütləyə malik olduğu deyilən WASP-39b, Yupiterin üçdə bir ölçüsündədir.
N2

NASA 25 dekabr 2021-ci ildə dünyanın ən böyük və ən qabaqcıl kosmik teleskopunu Ceyms Uebbi kosmosa göndərdi.

640x480

NASA-nın Avropa və Kanada kosmos agentlikləri ilə əməkdaşlığının məhsulu olan Webb, ən böyük və ən güclü, lakin 31 yaşında olan və iş ömrünün sonuna yaxınlaşan Hubble Kosmik Teleskopunun varisi olaraq görülür. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Türkmənistanda qadınları ‘botoksa’ görə Dubay reysinə buraxmayıblar

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button