2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

James Webb kosmik teleskopu Günəş sistemindəki obyektlərin detallı müşahidəsini reallaşdıracaq

    James Webb kosmik teleskopu kainatın yaranmasından sonrakı ilk mərhələlərlə yanaşı bizim Günəş sistemimizi də detallı şəkildə müşahidə edə biləcək. Sözügedən teleskop nisbətən yaxın məsafədə yerləşən və sürətlə hərəkət edən obyektləri detallı şəkildə analiz etməyi bacarır. Alimlər artıq uzun zamandır ki, James Webb teleskopu vasitəsilə bizim Günəş sistemimizdəki planetləri, onların peyklərini, asteroidləri kometləri müşahidə etməyi planlaşdırırlar. Teleskopun çalışacağı ilk il ərzində Günəş sistemindəki obyektlərin müşahidə edilməsinə 7% zaman ayrılacaq. Teleskop öz infraqırmızı kameraları və 2 ədəd spektrometri vasitəsilə Saturn halqalarını, Yupiterin peyklərini, Uran Neptun planetlərini və digər obyektləri müşahidə edəcək. Məsələn astronomları ən çox maraqlandıran müşahidələrdən biri də Yupiterin peyki olan Avropanın səthindəki buzlaqların alt hissəsində yerləşən okean ilə bağlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

    James Webb teleskopu isə öz spektrometrləri vasitəsilə Avropadakı buz örtüyündə olan çatlardan çıxan qazları analiz edə biləcək. Hal hazırda James Webb teleskopu öz elmi alətlərinin yoxlanılması mərhələsindən keçir. Söhbət, 2 ədəd spektrometrdən və 2 ədəd infraqırmızı kameradan gedir. Teleskopun güzgüsü və optik sistemi tamamilə fokuslanmış vəziyyətdədirlər. Onun elmi işlərinə iyun ayının sonunda və ya iyul ayında start verilməlidir. Teleskopun çalışacağı ilk il üçün nəzərdə tutulmuş elmi tapşırıqlar artıq təyin olunub. İlkin mərhələdə James Webb bizə yaxın olan qalaktikaları və qalaktik obyektləri müşahidə edəcək. Onu da qeyd etmək lazımdır ki, James Webb ilk ulduzlar ilə qalaktikaların yarandıqları zamana nəzər yetirmək imkanına sahibdir. İnsanlar indiyənə kimi bu qədər uzaq keçmişə nəzər yetirmək imkanına sahib olmayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button