Loading...
Loading...
Texnologiya

James Webb teleskopu vasitəsilə çəkilmiş ilk foto təqdim edilib

    James Webb kosmik teleskopu öz əsas güzgüsü ilə yaxın infraqırmızı diapazon kamerasının (NIRCam) uzunmüddətli ayarlanma prosesinin ilkin mərhələsinin yekunlaşmasına yaxındır. Bu səbəbdən də kosmik teleskop çəkmiş olduğu ilk test fotolarını Yer kürəsinə göndərib. Teleskopun əsas kosmik missiyasına start verilməsindən öncəki son ayarlanma mərhələsi çərçivəsində onun qarşısına iki tapşırıq qoyulmuşdu. Belə ki, o, yaxın infraqırmızı diapazon kamerasının çalışdığını və öz əsas güzgüsünün 18 ədəd hissəsinin hər birinin eyni çəkiliş obyektindən olan işığı əldə etdiyini təsdiqləməli idi. Sözügedən təcrübə üçün 285.5 işıq ili uzaqlığında yerləşən HD84406 adlı ulduz (Böyük Ayı bürcündə yerləşir) seçilmişdi.

    Nəticədə teleskopun əsas güzgüsünün 18 hissəsindən hər biri həmin uluzun fotosunu çəkib və çəkilmiş fotoları NIRCam-a ötürüb. NIRCam vasitəsilə isə obyektin vahid təsviri əldə edilib. Əldə edilmiş fotoda eyni ulduz əks edilib. Fotodakı ulduzun təkrarlanmasının səbəbi ondadır ki, ulduz teleskopun əsas güzgüsünün müxtəlif hissələri tərəfindən çəkilib. Yaxın aylar ərzində NASA mütəxəssisləri əsas güzgünün hər bir hissəsini elə şəkildə ayarlamalıdırlar ki, teleskop nəticədə təkrarlanan obyektlərin əks olunduqları fotoların əvəzinə kadrda bir obyektin əks olunduğu keyfiyyətli fotolar əldə etsin.

    James Webb üçün HD84406 ulduzu heç bir elmi maraq daşımır. Həmin obyekt sadəcə olaraq teleskopun alətlərinin ayarlanması üçün seçilmişdi. Fotoda əks olunmuş hər bir ağ rəngli nöqtə HD84406 ulduzudur. Sadəcə olaraq ulduz teleskopun bu və ya digər güzgü hissəsi vasitəsilə müxtəlif rakurslardan çəkilib. HD84406 ulduzunun fotosundan əlavə olaraq NASA mütəxəssisləri həmçinin James Webb-in selfie fotosunu da təqdim ediblər. Selfie fotoda teleskopun əsas güzgüsü əks olunub.

24 saat” “James Webb teleskopu vasitəsilə çəkilmiş ilk foto təqdim edilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Məlumatların saniyədə 10 Gbit sürətlə ötürülməsi: Qualcomm Snapdragon X70 5G modemi təqdim edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button