2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“JEK”-lər vətəndaşlardan qanunsuz pul yığır

Bakı rayonlarının Mənizl İstismar Sahələri (“JEK”) ərazilərində yerləşn mənizllərdə əvəllər pasport qeydiyyatında olmuş şəxslərin adlarını qəsdən qeydiyyat kitabından silmirlər. 24saat.org saytının araşdırmasına görə, bu, “ev pulu” adı ilə pul yığarkən mənzilin sahibindən qeydiyyatda olmayanların əvəzindən də pul ala bilmələri üçündür. Məsələn, mənzillərin birində hazırda cəmi iki nəfər qeydiyyatda olduğu halda, əvvəllər həmin mənzildə qeydiyyatda olmuş, hazırda isə qeydiyyatda olmayan əlavə altı nəfərin də sayına uyğun pul tələb edirlər. Bu isə vətəndaşdan qeyri-rəsmi olarq, birbaşa cibə gedən əlavə pul yığmağa xidmət edir.

Sakinlər MİS-ə evdə qeydiyyatda olanalrın sayı ilə bağlı sənəd təqdim etdikdə isə “mənə dəxli yoxdur, kitabda bu adamların hamısının adı var. Mən onların adını kitabdan silə bilmərəm. Onların sayına uyğun olaraq “ev pulu” verməlisən”.

Hətta əvvəllər qeydiyyatda olmuş vətəndaşın şəxsiyyət vəsiqəsində hazırda qeydiyyatda olduğu ünvan qeyd edildiyi halda, MİS rəisi dövlətin hüquq-mühafizə orqanı – daxili işlər orqanları tərəfndən rəsmi verilmiş sənədə, şəxsiyyət vəsiqəsinin məlumatlarına deyil, JEK-də olan qeydiyyat kitabına istinad edərək onların əvəzinə pul ödəmiyini tələb edir.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək qanunvericiyə əsasən, vətəndaşların qeydiyyatı polis orqanları tərəfindən aparılır və şəxslərin qeydiyyata düşüb, qeydiyyadan çıxması müvafiq rayon polisinin pasport qeydiyyatı strukturu tərəfindən sənədləşdirilir. Bunun əsasında vətəndaşın şəxsiyyət vəsiqəsində də müvafiq dəyişikliklər aparılır.

İşin diqqət çəkən digər tərəfi odur ki, ev sahibi qeydiyyatda olmayanların əvəzindən pul ödəməsindən imtina edikdə, və bu imtina ilə bağlı MİS rəisinin cavabı belə olur: “Mənim məhkəməyə verəsi nə pulum, nə də vaxtım, nə də həvəsim var”. Bu isə onu göstərir ki, MİS-in bu tələbi qanunsuzdur və korrupsiya əməlinə yol açır. Bu səbəbdən də məhkəməyə müraciət edə bilmirlər. Əks halda, JEK rəisi bilməli idi ki, dövlət qurumu olaraq vətəndaşı məhkəməyə verərkən JEK rəisinin cibindən pul xərcləməsinə, həmçinin “vaxtının və həvəsinin” olub olmamasına ehtiyac yoxdur”.

Qeyd edək ki, MİS-lər yığdıqları pulu almaq üçün sakinlərə özbaşına “sanksiya” da tətbiq edirlər. “Sanksiya” isə ondan ibarətdir ki, istədikləri pul ödənmədikdə vətəndaşa qeydiyyat, ailə tərkibi və s. barədə arayışların verilməsindən qanunsuz olaraq imtina edirlər. Halbuki, vətəndaşın kommunal borcunu ödəməməsi arayışın verilməməsinə səbəb ola bilməz. Bu halda, ən son tədbir kimi məhkəməyə müraciət edilməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button