Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsinə münasibət bildirib.
24saat.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Jirinovski sui-qəsdin Türkiyə-Rusiya münasibətlərini pisləşdirməyə yönəlmiş provakasiya olduğunu bildirib.
Qeyd edək ki, Andrey Karlov bir-neçə saat öncə silahlı hücum nəticəsində öldürülüb, üç nəfər yaralanıb. Hadisəni törədən terrorçu polislər tərəfindən öldürülərək zərərsizləşdirilib.