2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Jirinovski: “Tezliklə Rusiyada hakimiyyət dəyişəcək”

21-ci əsrdə dünyada elə bir dövlət olmayacaq ki, orada seçki yolu ilə hakimiyyət dəyişilməsin.

Axar.az xəbər verir ki, bunu Rusiya Dumasında çıxışı zamanı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

Öz həmkarlarına müraciət edən siyasətçi, tezliklə onların hamısının yox olacağını bildirib: “Mən əminəm ki, 30-cu ilə qədər hakimiyyətə gələcəyik. Bu, son tarixdir. Bu zalda oturanların əksəriyyəti, Kreml Liberal Demokrat Partiyasının olacaq. Bu, ancaq 5 il belə olacaq. Rusiya gərək mütəmadi seçkilərin keçirildiyi ölkələri dəstəkləsin. Ölkənin 60 il bir insana köklənməsinə ehtiyac yoxdur. Bizə lider sərkərdələr lazım deyil. Mən əminəm ki, hamımız 30-cu ilə qədər siyasi elitanın normal dəyişilməsini görəcəyik. Tezliklə, Kuba və Şimali Koreyada kommunist rejimlər də yox olacaq. Bu ölkələrdə kommunist rejimlərin qurulması bizim günahımızdır. Kommunistlər bir daha heç yerdə hakimiyyətə gəlməyəcəklər”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button