2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Jirinovskidən rusiyalılara Türkiyə çağırışı

“Türkiyəylə münasibətlər bərpa edilməlidir”.

Virtualaz.org life.ru-ya istinadən bildirir ki, bunu Rusiyanın qalmaqallı siyasətçisi, Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Türkiyəni bağışlamaq lazımdır, qonşudur, Avropa və amerikalılara nifrət edir. Əgər biz cənubu özümüzə doğru çəkməyə çalışsaq – Türkiyə, İran, Suriya və başqalarını, onda ümumiyyətlə bəşəriyyətdə problemlər olmayacaq”, – deyə Jirinovski bildirib.

Siyasətçinin fikrincə, gələcəkdə əməkdaşlığın yenilənməsi mümkündür, xüsusən turizm sahəsində.

“Biz hamısını qaytarırıq, Krasnodar, Krım, Kuban. Qoy sakitcə gedib dincəlsinlər. Apreldən oktyabra dörd-beş milyon Türkiyədə dincələcək. Bizə sərfəlidir ki, türklər bizə hörmət etsinlər və sevsinlər, həmçinin də biz özümüz”.

Xatırladaq ki, bir neçə gün öncə Vladimir Jirinovski Moskva və Ankara arasında münasibətlərin düzəlməsi üçün vasitəçi olmaq istədiyini bildirmişdi. Rusiya mətbuatına müsahibə verən Jirinovski demişdi ki, iki ölkəni barışdıra bilsə, qürur hissi keçirəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button