Loading...
Loading...
Dünya

Johnson: PUTIN İKİ ŞEYİ SƏHV HESABLAYIB

Böyük Britaniyanın baş naziri Boris Conson, NATO-nun baş katibi Yens Stoltenberq və Estoniyanın baş naziri Kaja Kallas birgə mətbuat konfransında açıqlama veriblər. “Biz Ukraynada Rusiya qüvvələri ilə döyüşməyəcəyik” deyən Britaniya lideri Conson, Putin iki şeyi səhv hesablayıb. Birincisi, Ukraynanın müqavimət gücünü səhv hesablayıb. İkincisi, Qərb birliyinin gücünü səhv hesablayıb”.

24 saatxəbər verir ki, “5-ci maddə bizim üçün son dərəcə əhəmiyyətlidir” deyən Stoltenberq çıxışında “Rusiyanın son həftələrdə Ukraynaya hücumuna cavab olaraq havada, quruda və dənizdə müdafiə gücümüzü artırdıq. Böyük Britaniya, ABŞ və digər müttəfiqlər də öz qüvvələrini ittifaqımızın şərq cinahına göndərirlər. Biz ilk dəfə olaraq NATO Müdafiə Qüvvələrini də səfərbər edirik. Biz münaqişənin qarşısını almaq və sülhü hər şəkildə qorumaq istəyirik. NATO müdafiə xarakterlidir. Putinə deyirik ki, mühairbəni bitir və ordunu Ukraynadan çıxar” kimi fikirlərə yer verib.

3
Johnson: PUTIN İKİ ŞEYİ SƏHV HESABLAYIB

Böyük Britaniyanın baş naziri Boris Conson əsas gündəmlərinin humanitar yardım olduğunu bildirərək “Bu suala çox aydın cavab verəcəyəm. Təbii ki, insanların bu münaqişə ilə bağlı emosional olaraq çox sıx hiss etdiklərini anlaya bilmirəm. Ölkəmizdə beynəlxalq hüquq normaları mövcuddur. NATO bir müdafiə alyansıdır. Üzv dövlətlərdən hansınınsa Rusiya ilə mühiribəyə girməsi böyük addım olardı. Heç bir üzv dövlət belə bir şeyi nəzərdən keçirmir. Gündəliyimizdə humanitar yardım var, müdafiə üçün hərbi yardımımız var. Putin iki şeyi səhv hesablayıb. Birincisi, Ukraynanın müqavimət gücünü səhv hesablayıb. İkincisi, Qərb İttifaqının gücünü səhv hesablayıb”.

Xarkovda baş verənlər mənə Sarayevonun bombardmanını xatırladır.

Bu mənə günahsız insanlara qarşı vəhşiliyi xatırladır.

Gözdən qaçırmayın:  Aİ Ukraynanın üzvlük müraciətinə nə deyir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button