Dünya

Daphne Caruana Jozef Muscat üçün sonu gətirdi

Qətl hadisəsi ilə bağlı üç nəfər həbs olunub. Həbs olunanlar arasında məşhur malta iş adamı Jorgen Fenech də var.

Maltanın baş naziri Jozef Muscat jurnalist Daphne Caruana Galicia‘nın qətli ilə əlaqədar qalmaqallı istintaq fonunda istefa verib. Korrupsiya ilə bağlı araşdırmalar aparan jurnalist 2017-ci ildə avtomobilinin partladılması nəticəsində həlak olub.

Qətl hadisəsi ilə bağlı üç nəfər həbs olunub. Həbs olunanlar arasında məşhur malta iş adamı Jorgen Fenech də var.

Baş nazir Jozef Muscat hələ bir ay əvvəl istefaya gedəcəyini bəyan etmişdi. Bundan əvvəl isə baş nazirin istefası tələbi ilə ölkədə etirazlar olmuşdu. Etiraz edən fəallar jurnalistin ölümü ilə bağlı araşdırmalardan narazı idilər.

Daphne Caruana
Baş nazir Joseph Muscat-ın istefası tələbi ilə Maltada keçirilən aksiya, arxiv foto

Hakim partiya, 2009-cu ildən 2014-cü ilə qədər bu vəzifəni tutan Maltanın başqa bir keçmiş baş naziri Corc Abelin oğlu Robert Abeli yeni hökumət başçısı seçib.

Daphne Caruana Galizia cinayəti

Noyabrın 30-da hökumət rəsmiləri ilə əlaqələri olduğu bildirilən nüfuzlu biznesmenə Daphne Caruana Galizianın qətlində iştirak ittihamı irəli sürülüb. Ancaq şübhəli Yorgen Fenech bu və digər ittihamları qəbul etməyib.

O, qətllə bağlı informasiya vermək əvəzində cinayət təqibindən toxunulmazlıq istəsə də, prokurorlar bunu rədd edib və ittiham irəli sürüblər.

Joseph Muscat aparatının keçmiş aparat rəhbəri və keçmiş turizm nazirinin də adları cinayətlə əlaqədar hallandırılır.

Onların hər ikisi ötən həftə istefa verib, hər hansı yanlışa yol vermədiklərini, Fenech ilə biznes əlaqələri olmadığını deyirlər.

Qətllə bağlı üç nəfər – iki qardaş və onların dostu 2017-ci ilin dekabrında saxlanıblar, təqsirsiz olduqlarını deyirlər.

“Reuters” yazır ki, Alfred və George Degiorgio-lar və Vincent Muscat (baş nazirlə qohum deuil- red.) qətlə görə 150 min avro (165 min dollar) alıblar.

Malta Avropa Birliyinin ən kiçik üzvüdür.

Bu qalmaqalda Azərbaycanın da adı hallanır. Belə ki, jurnalist Daphne Caruana Galizia müxtəlif banklar və maliyyə qurumları vasitəsilə külli miqdarda pulların yuyulması və üçüncü ölkəyə göndərilməsi faktlarını araşdıraraq üzə çıxarıb. Göndərilən pulların mənbələri arasında Azərbaycan, Moldova və Rusiya da göstərilib.

Azərbaycan hakimiyyəti indiyədək bu iddiaları cavablandırmayıb.

24 saat” xəbəri azadlıqRadiosuna istinadən dərc edib

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close