2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Jozep Borrel: “Azərbaycan Ermənistan ərazisini işğal edib, sanksiya məsələsi masada deyil”

Hollandiyalı deputat Azərbaycanla qaz müqaviləsinin ləğvini tələb edib

“Azərbaycan Ermənistanın ərazilərinə hücum edib”.

Bunu oktyabrın 4-də Avropa İttifaqının xarici əlaqələr üzrə ali komissarı Josep Borrel deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Josep Borrel Azərbaycanın Ermənistan ərazilərini işğalda saxladığını əlavə edib.

Məlumatı “Azadlıq” radiosunun erməni xidməti yayıb. Ancaq Josep Borrel Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar, o cümlədən qaz müqaviləsinin ləğvi və ya dondurulması məsələsini nəzərdən keçirmədiyini söyləyib.

Aİ-nin xarici əlaqələr üzrə ali komissarı vurğulayıb ki, Brüssel Bakıdan qoşunlarını geri çəkməyi və bu yaxınlarda yayılan məhbusların edam videosunun araşdırılmasını tələb edib. Lakin Josep Borrelin ünvanlı tənqidi deputatları qane etməyib.

Hollandiya nümayəndəsi Pieter van Dalen Azərbaycanla imzalanmış qaz sazişini ləğv etməyi və ya heç olmasa dondurmağı təklif edib.

Josep Borrelin deputata reaksiyası belə olub:

“Sualınızın nə olduğunu başa düşmürəm. Soruşursunuz ki, belə olacaq, ya olmayacaq? Cavab xeyirdir”.

Bildirilir ki, deputatların bir çoxu Rusiyanın Ukraynaya qarşı etdiklərini Azərbaycanın Ermənistana münasibətində oxşar olmasıyla əsaslandırıb.

“Mən sizin çıxışınızdakı sualı, həqiqətən, eşitmədim… Qaz və qan arasında müqayisə aparmaq tamamilə gülüncdür. Bunun adekvat olduğunu düşünə bilərsiniz. Azərbaycan bizə, həqiqətən də, yanacaq verir, daha doğrusu, satır – milyardlarla kubmetr qaz və bu il imzalanmış saziş sayəsində biz həcmləri əhəmiyyətli dərəcədə artıracağıq, 8-12 milyard kubmetr. Sizi əmin edə bilərəm ki, bunun müqabilində heç bir siyasi güzəşt edilməyib. Avropa Komissiyasının sədri şəxsən bu sövdələşmə ilə bağlı danışıqlar aparmaq üçün Azərbaycana gedib. Səfər bu qış avropalıların çox ehtiyac duyduğu enerji daşıyıcılarını əldə etmək imkanı verəcək”, – deyə xarici əlaqələr üzrə ali komissar reaksiya verib.

Bir saat davam edən sual-cavab sessiyasında Josep Borrel deyib ki, Aİ gərginliyi azaltmaq və regiona sülh gətirmək üçün bütün imkanlardan istifadə etməyə sadiqdir, lakin bu alətlər əslində azdır.

O əmin edib ki, onlar hətta Ermənistan-Azərbaycan sərhədinə müşahidə missiyası göndərməyə hazırdırlar, lakin bunun üçün onlara Bakının da razılığı lazımdır, bu isə mümkün deyil:

“Biz sərhəddə Avropa İttifaqının vasitəçilik missiyasını yerləşdirməyi təklif etdik. Ermənistan razılaşdı, Azərbaycan razılaşmadı. Başqa nə etməyimizi istəyirsən? Biz hər iki tərəfin razılığı olmadan Avropa İttifaqının qoşunlarını göndərə bilmərik”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Meydan TV-yə deyib ki, Niderland və Yunanıstan deputatlarının qərəzi Türkiyəyə qarşıdır:

“Onlar nəyin bahasına olur-olsun Türkiyənin iştirak etdiyi siyasi və iqtisadi layihənin əleyhinə olduqlarını gozlətmirlər. Məhz qaz layihələrində Bakı-Ankara ilişgiləri mövcuddur, bunun müqabiləndə də Türkiyəni oyundan çıxarmağa çalışırlar. Əks təqdirdə, Niderlanla Azərbaycan, eyni zamanda, Yunanıstanla Azərbaycan arasında belə gərginlik heç vaxt yaşanmayıb”.

Arzu Nağıyev. Foto: Trend.az

A.Nağıyevin qənaətincə, hələ tam araşdırılmamış məsələlərdən istifadə edib Azərbaycanı günahlandıranlar da var:

“Avropa Parlamentində hər bir ölkənin yanaşması var və həmin dövlətlərin də deputatları münasibələrini deyə bilərlər. Lakin başqa dövlətlər də var ki, Azərbaycanı dəstəkləyir, enerji təhlükəsizliyinə olan təhdidin qarşısını alan dövlət kimi qəbul edirlər”.

Deputat Elman Nəsirov bir sıra ölkələrdə erməni lobbisinin və diasporasının fəal olduğunu xatırladaraq həmin dövlətlərdə Azərbaycanın əleyhinə qətnamələr qəbul edildiyini vurğulayıb:

“Bu sırada Yunanıstan, Fransa, ABŞ və Niderland da var. Ənənəvi olaraq erməni lobbisinin təsiri ilə bu ölkələrin parlamentlərində Azərbaycan əleyhinə qərəzli sənədlər qəbul edilir. Bu dəfə də Yunanıstan və Niderland öndədir. Guya Azərbaycan Ermənistan ərazisinə müdaxilə edib. Bu kimi itthamlarla Bakı ilə Brüssel arasında münasibətləri soyutmağa çalışırlar”.

O, Cozep Borrelin mövqeyinin müəyyən mənada yunan və niderlandlı deputatlarının mövqeyinə oxşar olduğunu, amma fərqləndiyini hesab edib:

“Borrel açıq şəkildə deyib ki, qaz müqaviləsi ləğv edilməyəcək. Bu gün Azərbaycan qazı Avropa üçün çox vacibdir. Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın qaza ehtiyacı o qədər artıb ki, onlar Azərbaycana yeni alternativ enerji mənbəyi kimi baxırlar və qaz həcmini iki dəfə artırmaq istəyirlər. Nəticədə Avropa İttifaqı ilə Azərbaycan arasnda enerji dialoqununun əsası qoyulub. Belə olduqda yunan və niderlandlı deputatlarının mövqeyi “Papadan artıq katolok olmaq” istəyinə bənzəyir. Onlar əhalilərinin donmaq təhlükəsini kənara qoyub, erməni maraqlarını qabardırlar. Cozep Borrel də bunu başa düşdüyündən onların cavabını verib”.

Elman Nəsirov
Elman Nəsirov, Foto: Azərtac

Elman Nəsirovun sözlərinə görə, Brüssel Bakıya sanksiya tətbiq etsə, yaxud qaz müqavilələrinin ləğvini gündəmə gətirsə, Avropa İttifaqı öz fəaliyyəti dövründə ən bağışlanmaz səhvini edərdi:

“Çünki onların indiki dövrdə enerji tərəfdaşı olan Azərbaycanı itirmək xəyalına düşmək özünə qəsddən başqa bir şey deyil”.

Deputat Azərbaycanın heç bir dövlətin sərhədini pozmadığını vurğulayıb:

“Çünki iki ölkə arasında sərhədlər hələ müəyyən olunmayıb. Məhz Azərbaycan sərhədlərin demilitasiyası və demarkasiyasında çox maraqlıdır. Bu olmadığı təqdirdə Azərbaycanı hansı sərhədləri pozmaqda ittiham edirlər? Prezident İlham Əliyev də bu barədə öz qəti mövqeyini dəfələrlə ifadə edib. Ona görə bu ittihamlar böhtandan başqa bir şey deyil”.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Azərbaycan Müdafiə Nazirliyi 79, Ermənistan isə 200-dən artıq hərbçisini itirdiyini açıqlayıb.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

Atəşkəs razılaşmasından bu yana tərəflər arasında dəfələrlə qarşıdurma yaranıb. Bu qarşıdurmalarda Ermənistan tərəf Azərbaycanı, Azərbaycan isə Ermənistanı ittiham edib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button