2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Jurnalist Əvəz Zeynallının saxlandığı deyilir 

Həyat yoldaşının dediyinə görə, hazırda “Xural” saytının redaksiyasında axtarış aparılır

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün, sentyabrın 10-da “Xural” saytının rəhbəri Əvəz Zeynallını Baş Prokurorluğun əməkdaşlarının saxladığı bildirilir.

Bu barədə fəal İlkin Rüstəmzadə özünün facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Ə.Zeynallı onun yanında saxlanılıb:

“Kafedə bir yerdə idik. Gəlib apardılar. Təqdim etdikləri kağıza görə, Əvəz bəy Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb”.

Cinayət Məcəlləsinin 311-ci maddəsində söhbət rüşvət almadan (passiv rüşvətxorluq) gedir.

Bir ədər sonra Əvəz Zeynallının saxlanmasını onun xanımı Məlahət Zeynallı da təsdiq edib.

O da deyib ki, yoldaşı cinayət məcəlləsinin 311-ci maddəsi ilə ittiham edilir və amma ittihamı qəbul etmir.

Məlahət Zeynallının vurğulamasına görə, hazırda redaksiyada axtarış aparılır.

Hələlik, hüquq mühafizə orqanlarından məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Bu ara Vəkil Elçin Sadıqov da onun ofisində Baş Prokurorluğun əməkdaşlarının axtarış apardığını bildirib.

Bütün bu deyilənlər ilə bağlı, hələlik, Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button