2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Jurnalist Aytac Əhmədova: Polis məni sillə ilə vurdu

Oktyabrın 3-də jurnalist Aytac Əhmədova Sabunçu rayonunun Zabrat qəsəbəsində çəkiliş apararkən saxlanılıb və 15-ci polis bölməsinə gətirilib.

Hadisə saat 7 radələrində baş verib. 3 saata yaxın bölmədə saxlanılan jurnalist təzyiqlə üzləşdiyini deyir:

“Zabratda bir qrup sakin problemləri ilə əlaqədar aksiya keçirirdi, yolu bağlamışdılar. Hadisə yerində çəkiliş apararkən polislər müdaxilə etdi. Dedilər ki, çəkilişə icazə verilmir. Mən isə hadisə baş verdiyini, vəzifəmi yerinə yetirdiyimi izah etdim. Bu vaxt məni zorla maşına mindirib Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə gətirdilər. İçəri girərkən bir polis üzərimə şığıdı və məni sillə ilə vurdu. Sonra təhdid etməyə başladı, aşağılayıcı üslubda danışaraq dedi ki, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məni burada saxlayacaqlar. Həmin polisin adının Qabil olduğunu öyrəndim. Sonra məni rəisin yanına apardılar. Orada münasibət normal oldu. Çəkilişləri silməyimi istədilər”.

Aytac Əhmədova deyir ki, görüntülər sildirilib və onu vuran polisin adının izahata yazılmasına imkan verilməyib. Buna baxmayaraq, jurnalist izahatında polisin təzyiqinə məruz qaldığını yazıb:
“Dedilər ki, həmin polis ora yeni gəlib, cəzalandırılacaq. Ancaq mən izahatımda vurulduğum haqda yazdım. Tezliklə də bu hadisə ilə bağlı şikayət edəcəm”.

Saytların yığılması Saytlarin yigilmasi

15-ci polis bölməsindən və DİN-in mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Məsələyə münasibət bildirən hüquqşünas Ələsgər Məmmədli deyib ki, jurnalistin sivil geyimdə olan polis əməkdaşı tərəfindən vurulması cinayət əməlidir: “Daxili İşlər Nazirliyi dərhal həmin şəxsi polis orqanlarından uşaqlaşdıraraq, haqqında cinayət işi başlamalı, həmin polis bölməsinin rəisini də yarıda bilmədiyi vəzifədən kənarlaşdırmalıdır”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button