Loading...
Loading...
ÖLKƏGündəm

Jurnalist Baş Prokurorluğa çağırılıb

Dekabrın 18-də jurnalist Səxavət Məmmədovun Baş Prokurorluğa dəvət olunduğu, sonra isə məhkəməyə aparılaraq cərimələndiyi bildirilir.

Bu barədə jurnalist özü məlumat verib. Onun sözlərinə görə, bütün bunlar orduda baş verənlərlə bağlı son yazdığı araşdırmalara görədir: “İzahatımı aldılar, daha sonra söhbət etdik. Orada da bildirdim ki, orduda baş verənlərlə bağlı yazdıqlarım uzunmüddətli araşdırmanın nəticəsidir. Ardından məhkəməyə aparıldım. İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə ittiham edildim və hakim məni təqsirli bilərək 500 manat cərimə etdi”.

O qeyd edib ki, Baş Prokurorluqda təzyiqlə üzləşməyib: “Səbail Rayon Məhkəməsində hakim vəkil istəyib-istəmədiyimi soruşdu, o vaxt kimisə narahat etmək istəmədim, özüm özümü müdafiə etdim. Düşünürlər ki, ordunu gözdən salmağa çalışıram… Yenə bəzi hərbi məmurlar “erməni görür” çətirinin altında gizlənirlər. Olmaz ki, əməlinizə diqqət edib, nəfsinizə hakim olasınız?”.

Jurnalist vurğulayıb ki, məhkəmə qərarını alandan sonra növbəti addımımın nə olacağına qərar verəcək.

Bu deyilənlərə, hələlik, Baş Prokurorluq və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  CanlıUkraynaya hücumun 6-cı günü

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button