2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Jurnalist İslam Şıxəli: “Serjant sinəmdən vurdu, rəis təhqir etməyə başladı”

Sentyabrın 30-da Lənkəran şəhərinin “Böyük bazar” məscidində aşura mərasimindən reportaj hazırlayan jurnalist İslam Şıxəli polis tərəfindən döyüldüyünü deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Jurnalist  açıqlamasında deyib ki, onu biri mayor olmaqla 4 polis əməkdaşı saxlayıb.

“Məscidin həyətində çəkiliş edərkən polislər yaxınlaşdı, polis şöbəsinə aparmaq istədiklərini dedilər. Etiraz etmədim. Məscidin həyətindən çıxanda şöbə rəisi İslam Hümbətov təhqiramiz ifadələr işlətdi və şöbədə onu gözləməyimi tapşırdı. Lənkəran polis şöbəsinə çatanda polis nəfərlərindən biri sinəmə və qarnıma vurdu.”

İslam Şıxəlinin sözlərinə görə, polis rəisi iş otağında da onu təhqir etməyə davam edib:

“Rəis gəldi, kabinetinə çağırdı. Üstümü yoxladılar, nə varsa götürdülər. İçəridə hansı ölkələrin cəsusu olduğumu soruşdular. Peşə fəaliyyətimlə bağlı qanun çərçivəsində reportaj hazırlamağa gəldiyimi dedim. Bundan sonra məni polis şöbəsinin saxlanma kamerasına saldılar”.

Jurnalisti bildirib ki, kamerada 1 saat saxlanıldıqdan sonra rəisin tapşırığı ilə məcburi Bakıya yola salınıb.

“Çantamı maşının baqajına qoydular və taksi sürücüsünə Bakıya çatanadək çantanı qaytarmamağı tapşırdılar.

İslam Şıxəli 1 saatdan çox qanunsuz saxlanıldığına və fəaliyyətinə manelər yaradıldığına görə müvafiq orqanlara şikayət edəcəyini bildirib.

Məsələ ilə bağlı Lənkəran şəhər Polis Şöbəsindən və Daxili İşlər Nazirliyindən münasibət almağa çalışsaq da cəhdlərimiz baş tutmadı.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button