2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Jurnalist Kamil Zeynallı ilə barışıq təklifini şərt əsasında qəbul edib

Bu gün Xətai rayon Məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə jurnalist Əfruzə Ağayevanın idmançı Kamil Zeynallıya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

24saat.org  xəbər verir ki, Ə.Ağayevanın vəkili Vüqar Səfərli Trend-ə bildirib ki, hazırlıq iclasında cavabdehin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə K.Zeynallının vəkili məhkəməyə qarşılıqlı iddia qaldıraraq Ə.Ağayevanın bu prosesdə qanunsuzluğa yol verdiyini deyib. Vəkil bildirib ki, guya Ə.Ağayeva K.Zeynallıdan müsahibə alarkən ona qərəzli suallar verib və bu da jurnalist etikasından kənardır:

Saytların yığılması Saytlarin yigilmasi

“Əslində, isə Əfruzə xanım jurnalist prinsiplərinə zidd hərəkət etməyib, o aparıcı Şəbnəm Həsənovanın Kamil Zeynallı tərəfindən təhqir olunduğu barədə yayılan videolar və şərhlər barədə suallar verib. Biz növbəti prosesdə Şəbnəm Həsənovanın da maraqlı tərəf kimi prosesə dəvət edilməsi barədə vəsatət qaldıracağıq. Çünki, bu prosesdə onun da hüquqları pozulub”.

Prosesdə hakim tərəflərə barışıq təklifi etsə də, Ə.Ağayeva və onun müdafiə tərəfi bu təklifi şərt əsasında qəbul edib. Vəkil bildirib ki, K.Zeynallı sosial şəbəkə və saytlar, həmçinin video sujet vasitəsilə günahını boynuna almalı, Ə.Ağayevadan həmin vasitələrlə üzr istəməlidir. Bu prosesdən sonra tərəflər arasında barışıq baş tuta bilər.

İş üzrə hazırlıq iclası yekunlaşıb və məhkəmə baxışı martın 17-ə təyin edilib.

Xatırladaq ki, idmançı K.Zeynallı jurnalist Ə.Ağayevanı sosial şəbəkələr və saytlar vasitəsilə təhqir edib. Buna görə də Ə.Ağayeva məhkəməyə müraciət edərək K.Zeynallının ondan üzr istəməsini və dəymiş mənəvi ziyana görə 50 min manat tələb edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button