2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Jurnalist Pavel Sheremetin qətlinin arxasında Rusiya dura bilər”

“Jurnalist Pavel Sheremetin ölümü ilə nəticələnən Kiyevdəki partlayışın arxasında Rusiyanın xüsusi xidməti dura bilər”.

 

Bunu Kiyevdəki “ 5-ci kanal” a Ukrayna müdafiə nazirinin müşaviri Zoryan Shkiryak deyib. O bildirib ki, amansız qətllə nəticələnən hadisələrin ardıcıllığı deməyə əsas verir ki, bu terror aktının arxasında Rusiyanın xüsusi xidməti dura bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Ukrayna, Rusiya və Belorus hökumətlərinin tənqidçisi olan tanınmış jurnalist Pavel Şeremet iyulun 20-i səhər saatlarında Kiyevdə öldürülüb.

O, yerli vaxtla saat 7:45-də “Vesti” radiosunun səhər efirinə gedərkən maşınını yolda partladılıb.

Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryan bildirib ki, maşına 400-600 qram trotil gücündə əldədüzəltmə partlayıcı qoyulubmuş.

Polis bunun qəsdən törədilmiş qətl olduğunu deyir.

Şahidlərin sözlərinə görə partlayış maşının altında baş verib.

“O ikinci dərəcəli yolla gedirdi, amma elə bil harasa tələsirdi. Dayandanda gördü ki, əsas yolda durmuşam və sola dönməyə hazırlaşıram, bu an partlayış baş verdi”.

Ukrayna prezidenti Petro Poroshenko hərtərəfli araşdırma aparılacağını və günahkarların cəzalandırılacağını vəd edib.

Həmçinin polis bütün versiyalara baxılacağını deyir: “ Cinayət yerində olan bütün sübutları toplamaq üçün lazımi tədbirlər görülür. Cinayət yerini lazımi qaydada yoxlamaq, sonra isə istintaq aparmaq. Bütün versiyalara baxılacaq”.

44 yaşlı Pavel Şeremet Minskdə doğulub, 1997-ci ildə Belarusda 3 ay həbsdə yatıb.

2005-ci ildə həmkarları ilə siyasi “Belarusskiy partizan” saytını yaradıb ki, bu ölkədə ən çox baxılan portallardan biridir.

1998-ci ildən Moskvadakı ORT- 1-ci kanalın müxbiri, aparıcısı və informasiya şöbəsinin baş redaktoru olub.

2000-ci ildən isə kanal üçün sənədli film və xüsusi layihələr edib.

Son illər vaxtaşırı Kiyevdə olub, “Vesti” radiosu və “Ukrainskaya pravda” qəzeti ilə əməkdaşlıq edib, sonra isə 16 il əvvəl öldürülmüş jurnalist Georqi Qonkadzenin yaratdığı bu qəzetin icraçı direktoru olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button