Cəmiyyət

Jurnalist Səbuhi Məmmədli əməliyyat olunub

A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə alan jurnalist Səbuhi Məmmədli əməliyyat olunub.

TƏBİB-dən verilən məlumata görə, əməliyyat uğurlu keçib və jurnalistin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, jurnalist Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müalicələr alıb. Onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb. Xroniki böyrək çatışmazlığı xəstəliyi səbəbilə dializ alır. Hazırda müalicəsi A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində davam edir.

24 saat” “Jurnalist Səbuhi Məmmədli əməliyyat olunub” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button