2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Jurnalist saxlanılıb

İyulun 10-da saat 20:00 radələrində Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydanda etiraz aksiyası keçirilib.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, aksiya zamanı polis və etirazçılar arasında qarşıdurma yaşanıb. Polis etirazçıların qarşısını almağa çalışıb. Bir qrup etirazçı isə özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Bu zaman iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov etirazçılar tərəfindən bıçaqlanıblar. Polis zabitləri etirazçıların kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində həlak olublar. Qarşıdurma zamanı onlarla etirazçı da xəsarətlər alıb. Polis aksiyanı dağıdaraq, 50-dən çox etirazçını saxlayaraq Gəncə Şəhər Baş Polis İdarəsinə aparıb. Onlarla etirazçı isə polis tərəfindən axtarışa verilib. Aksiya zamanı peşə fəaliyyətini icra edən tanınmış jurnalist Natiq Həziquliyev də polis tərəfindən saxlanılıb. Onun Gəncə Şəhər Baş Polis İdarəsinə aparıldığı ehtimal edilir. Şahidlərin dediyinə görə, Natiq Həziquliyev aksiyanı çəkərkən polis ona mane olmağa çalışıb. Görülən işlərin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək….

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button