Now Reading:
Jurnalist və məhbus ailələri polisə aparılıb

Məhbus ailələri yaxınlarının şəkili olan köynəklə dinc yürüş ediblər

İyunun 15-də siyasi əsaslarla həbs olumuş bir qrup məhbus ailəsi şəhərin mərkəzində saxlanılıb. Onlar məhbus olan yaxınların əksi olan köynəklərlə dinc yürüş edirmişlər. Aksiyaçılar tədbiri məhbusların ədalətsiz həbslərini gündəmə gətirməkləri ilə izah ediblər.

Ərazidə olan polislər aksiya iştirakçılarına heç bir səbəb göstərmədən təzyiq altında maşına mindirib 9-cu bölməyə aparıblar.

Bölməyə aparılanlar arasında jurnalist Sevinc Vaqifqızı da olub. Yarım saat sonra hamını buraxıblar.

Siyasi əsaslarla həbs edilmiş AXCP sədrinin müavini Zümrüd Yağmurun verdiyi məlumata görə, 9-cu polis bölməsindən uzaqlaşan ailələr Daxili İşlər Nazirliyinin yanında yenidən saxlanılıblar. Hazırda onların çəkiliş aparıb-aparmaması yoxlanılır.

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.