Loading...
Loading...
Cəmiyyət

Jurnalist Zahir Əmənov azadlığa buraxılıb – FOTO

Jurnalist Zahir Əmənov azadlığa buraxılıb.

Bu barədə Pressklub.az-a onun vəkili Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, Z.Əmənovun barəsində istintaq müddətində polisin nəzarətinə verilmə tədbiri seçilib.

Qeyd edək ki, “cenub.az” xəbər portalının rəhbəri Z.Əmənov bir neçə gün əvvəl Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Zahir Əmənov Masallı rayonunda dərc olunan “Cənub xəbərləri” qəzetinin baş redaktorudur.

Xatırladaq ki, dünən bir sıra jurnalist təşkilatları və KİV rəhbərləri Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. Onlar Zahir Əmənovun istintaq müddətində azadlığa buraxılmasını xahiş edərək, onun azadlıqda qalmasının istintaqın ədalətli və maneəsiz aparılması üçün heç bir problem yaratmayacağına zəmanət verməyə hazır olduqlarını bildiriblər.

24 saat” “Jurnalist Zahir Əmənov azadlığa buraxılıb – FOTO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Bir dolları 20 min manata - Real deyil, amma həqiqətdir - FOTO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button