2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Jurnalistin ailəsi ilə görüşünüə imkan yaradılmır

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “Kanal-13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun ailəsi ilə görüşünə və telefon danışıqlarına icazə verilmir. Bu barədə iyunun 12-də Orucova baş çəkən vəkil Cavad Cavadov facebook səhifəsində yazıb.

Müdafiəçinin sözlərinə görə, iyunun 2-də istintaq təcridxanasına daxil olduğu gündən etibarən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tələbləri pozulmaqla, Orucovun ailəsi ilə görüşünə və telefon danışıqlarına icazə verilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu, təkcə qanuna deyil, Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 8-ci maddəsinə də (şəxsi həyata və ailə həyatına hörmət hüququ) ziddir, vəkil bildirib.

Onun sözlərinə görə, istintaq təcridxanasının rəhbərliyi Orucovun hüquqlarının məhdudlaşdırılmasını istintaq orqanının qərarı ilə əsaslandırır. Vəkil bu qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermək niyyətindədir.

Vəkil bildirir ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 19.7-ci maddəsinə əsasən, məhbusun həftədə iki dəfə ailə üzvlərinə telefonla 15 dəqiqəlik zəng etmək hüququ var. Bundan başqa, həmin qanuna əsasən, istintaq təcridxanasında saxlanılan şəxsə həftədə bir dəfə ailə üzvləri ilə görüşmək hüququ verilir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button