Now Reading:
Jurnalistin də iştirak etdiyi məclisdə “Hafka”nı kim və niyə təhqir etdi? – TƏFƏRRÜAT

Son aylar iflas etdiyi barədə xəbərlərlə media gündəminə gələn “Hafka” ləqəbli Hafiz Məmmədov yeni ampluadadır. Bu dəfə incidililmiş, məzlum obrazında. Sən demə, onun iflas olmasının, beynəlxalq banka borclanmasının iki əsas səbəbkarı-günahkarı var imiş: Ziya Məmmədov və Cahangir Hacıyev. Hafiz Məmmədov son media açıqlamalarında Ziya Məmmədovun kriminal dəstəsi tərəfindən təzyiqlərə məruz qaldığını, soyulduğunu, Cahangir Hacıyevin maliyyə fırıldağı nəticəsində aldadıldığını iddia edir. Görəsən, əgər belə bir hadisələr baş vermişdisə, Hafiz Hacıyev həmin hadisələr barədə niyə hüquq-mühafizə orqanlarına, ölkə başçısına şikayət etmirdi?

Bundan başqa, müflis olmasında Ziya Məmmədovu günahkar bilən “Hafka” həmin kapitalı kimin hesabına qazanmasından, milyonçu olmasında Z. Məmmədovun oynadığı roldan niyə danışmır? Bəyəm ona Z. Məmmədovmu demişdi ki, get reklam xatirinə pullarını xarici futbol klublarına səp. Ona kim demişdi ki, Beynəlxalq Bankdan yüksək faizlə, “şapka” ilə külli miqdarda kredit götür.

Əslində H. Məmmədovun son müsahibəni verməyə sövq edən səbəblər başqadır. Bu barədə təxminən bir il öncə yazılsa da medianın diqqətini xüsusi çəkməmişdi. Mənbəmiz bildirir ki, H. Məmmədov “Bahar” yataqlarının idarəçiliyində çox ciddi axsamalara yol verib, nəzərdə tutulmayan xərclərə yol verib ki, bu vəsaitin şəxsi mənfəət üçün xərcləndiyi bəlli olub. Məhz belə “oğurluq” hadisəsinə görə “Hafka” “tavana” oturdulub və üzərinə əlavə vəsait yüklənib. Hətta bir neçə jurnalistin də iştirak etdiyi məclislərdə strateji məhsulun Avropadakı satış təmsilçisi olan şəxs borcları vaxtına qaytarmadığı üçün onu təhqir edib. Bu hadisə Məmmədovun Teymur Əliyev küçəsindəki villasında baş verib.

Ölkəyə London taksilərinin başçılıq etdiyi şirkət tərəfindən gətirildiyini iddia edən Hafiz Məmmədov əsl həqiqəti yenə gizlədir. Çünki o taksi xidmətinin açılmasının ideya müəllifi və rəhbərlikdən xeyir-duasını alan Ziya Məmmədov olmuşdu. Lakin Hafiz Məmmədov həmin “London taksilərini” İngilətərədən deyil, Çindən gətirtmişdi.İslam oyunları ərəfəsində texniki baxış keçirilərkən həmin taksilərin texniki vəziyyətinin bərbad olduğu aşkar olunmuşdu. Belə məlum olmuşdu ki, Hafiz Məmmədov Çindənçox ucuz və keyfiyyətsiz avtomobillər gətirdib ki, cəmi iki il işlənmiş taksilərin artıq istismar müddəti başa çatıb. Bu hadisə həmin taksi xidmətinin “Hafka”dan alınmasına gətirib çıxardı. Ona bu fırıldağı bağışlamayan Ziya Məmmədov şəhərdaxili ictimai nəqliyyat şirkətlərini də Hafiz Məmmədovdan aldırdı.

Artıq fırıldaqlarının üstünün açıldığını görən H. Məmmədovun “Quska” ləqəbli Hüseyn Abdullayevə üz tutduğu, ondan yardım istədiyi deyilir. Lakin H. Abdullayev “Hafka”ya etibarsız adam olduğunu, onu vaxtilə Ziyaya satdığını deyərək rədd cavabı verib. Hər yerdən əli çıxan “Hafka” indi Ziya Məmmədovu şantaj etməklə vəziyyətdən çıxmağa çalışır. Necə deyərlər, “suda boğulan saman çöpündən yapışar”. (Azfakt.com)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.