2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Jurnalistin həyat yoldaşı Baş Prokurorluğun önündə aksiya keçirib

“Jurnalistika yox, korrupsiya, rüşvət cinayətdir”

12 gündür həbsxanada aclıq aksiyası edən jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova Baş Prokurorluğun önündə aksiya keçirib.

O, “Jurnalistika cinayət deyil”, – şüarı ilə keçirdiyi aksiyada Baş prokuror Kamran Əliyevin və dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyevin onu qəbul etməsini istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Xəbəri Meydan TV  yayıb. 

“Jurnalistika yox, korrupsiya, rüşvət cinayətdir. Polad Aslanov məhz korrupsiyadan, monopoliyadan, rüşvətdən yazdığı üçün şərlənərək həbs edilib. Vətənə xəyanətdə ittiham edilir. Biz dəfələrlə müraciət etmişik ki, onun cinayəti törətməsi ilə bağlı bizə fakt-sübut təqdim edib. Ancaq heç bir fakt göstərilmir. Bu da mənim həyat yoldaşımın sırf jurnalist fəaliyyətinə görə həbs edilməsinin göstəricisidir”, – deyə o bildirib.

Gülmirə Aslanovanın sözlərinə görə, həyat yoldaşı artıq 12 gündür ki, aclıq aksiyası keçirir: “Bu, onun səhhəti üçün ciddi təhdiddir. Çünki çəkisi artıq 40 kilo qalıb. Bu gün səhər danışmışam. Səsi güclə çıxırdı, tamamilə zəifləyib və onun səhhətində xeyli problem var. Vəziyyəti yaxşı deyil”.

Gülmirə Aslanova deyir ki, dəfələrlə qəbullarda olub. Ancaq həyat yoldaşının cinayət əməli törətməsi ilə bağlı ona hər hansı fakt göstərməyiblər:

“Çünki əllərində fakt yoxdur. Ağır Cinayətlər Məhkəməsinin hakimi bizə deyirdi ki, mənə vaxt verin, yuxarılara yazım. Bu o deməkdir ki, hakim müstəqil qərar qəbul edə bilmir. Artıq 2 il 6 aydır biz zülmdəyik. Hər cür haqsızlığa uğramışıq. Açıq keçirilən məhkəmə prosesinə buraxmayıblar bizi. Hakimə, məhkəməyə təzyiqlər ediblər”.

Gülmirə Aslanova deyir ki, o, həyat yoldaşının azadlığa buraxılmasını tələb etmir, sadəcə, cinayət əməlinin sübut olunmasını istəyir:

“Çünki mən bilirəm ki, hər hansı fakt yoxdur və düzgün araşdırılsa, Polad Aslanov azadlığa buraxılmalıdır. Xahiş edirəm çıxıb mənə sübut etsinlər ki, Polad Aslanov casusdur, dövlətə xəyanət edib. Yoxsa biz haqsız yerə bu ağır ittihamla razılaşmayacağıq. Mənim övladıma nəyə görə atan casusdur deyilməlidir? Bununla bağlı mənə və 3 vəkilimizə hər hansı bir sübut təqdim etməyiblər”.

Gülmirə Aslanova bildirir ki, Polad Aslanovun 2019-cu ildə İranda xüsusi xidmət orqanları ilə görüşdüyünü, dövlətə xəyanət etdiyini iddia edirlər. Halbuki dedikləri vaxt o, Naxçıvanda həqiqi hərbi xidmətdə olub:

“Necə olur ki, xüsusi xidmət orqanları bunu yoxlaya bilmir? Bu ölkədə bir işini vicdanla görən insan yoxdur? Mən demirəm ki, Polad Aslanovu azad etsinlər. Deyirəm ki, onun cinayət əməlini mənə, vəkillərinə göstərsinlər. Fakt qoysunlar önümüzə. Normal, demokratik ölkə vətəndaşları idarə qarşılarında qışqırmır. Onu qəbul edib, problemini həll edirlər. Mən isə artıq buna məcbur qalmışam”.

Polis aksiyaya müdaxilə edib. Gülmirə Aslanovanı məcburi binanın qarşısından kənarlaşdırıb, 9-cu polis bölməsinə aparıblar.

“Xeberman.com” saytının təsisçisi və baş redaktoru P.Aslanov 2019-cu il iyunun 12-də saxlanıb.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Həmin ilin noyabrında Polad Aslanov 16 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Polad Aslanov dövlətə xəyanətdə – İranın xüsusi xidmət orqanlarına casusluqda suçlu bilinib.

O, özünü təqsirli bilmir.

Polad Aslanovun yanvarın 6-da işinin yenidən araşdırılması tələbi ilə aclıq aksiyasına başladığı ilə bağlı yaxınları açıqlama vermişdi. Lakin həmin məlumatı rəsmi qurumlardan, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button