Jurnalistin şikayətinə baxılacaq
“Kanal 13” internet televiziyasının rəhbərlərindən Əziz Qaraşoğlunun inzibati qaydada həbs olunmasından apellyasiya şikayəti verilib. Şikayət artıq, Bakı Apellyasiya Məhkəməsində icraata götürülüb.
Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin deyir ki, jurnalistin inzibati həbs qərarı tamamilə əsassız və qurama olub.
Buna da bax: İnternet TV rəhbərinə 30 sutka verildi – polisə müqavimət… [yenilənib]
“Biz şikayətimizdə həmin qərarın ləğv edilməsini tələb etmişik. Ədalətli məhkəmə baxışı olarsa, həmin qərar dərhal ləğv edilməlidir”, vəkil bildirib.
Apellyasiya şikayəti hakim Əflatun Qasımovun sədrlik etdiyi heyətin icraatına verilib.
Şikayətə sabah, mayın 13-də saat 12:00-da baxılacaq.
Xatırlatma
“Kanal 13” internet televiziyasının rəhbərlərindən Əziz Qaraşoğluna mayın 2-də 30 sutka inzibatı həbs cəzası verilib.
Buna da bax: Deputat: ‘Bundan artığını gözləməyə dəyməz’
Qərarı Nəsimi Rayon Məhkəməsi çıxarıb.
Ə.Qaraşoğlu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham edilib. Söhbət polisə müqavimətdən gedir.
Rəsmi ittihama görə, jurnalisti 2015-ci ildən axtarışda olan Faiq Cabbarov adlı şəxsə xarici görünüşü oxşar olduğundan polisə aparıblar. Həmin vaxt jurnalistin polisə müqavimət göstərdiyi iddia edilir.
Buna da bax: Prokurorluğun siyahıya saldığı yazılar [siyahı]
Mayın 2-də jurnalistin xanımı da onunla birgə saxlanıb, ancaq sonra sərbəst buraxılıb.
24saat.org
Mənbə – azadliq.org