2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Jurnalistlərin 3-cü binası”ndakı mənzillər şəhid ailələrinə paylandı – Nazirlik TƏSDİQLƏDİ

[

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Modern.az saytı həmin binanın jurnalistlər üçün tikilən 3-cü bina olub-olmadığını dəqiqləşdirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov əməkdaşımızla söhbətdə mənzilləri bölüşdürülən binanın jurnalistlər üçün tikilən 3-cü bina olduğunu təsdiqləyib.

“Bəli həmin binadan 250 mənzilin sənədləri 4 saylı DOST Mərkəzində şəhid ailələrinə və müharibə əlillərinə təqdim edildi”, – F.Talıbov deyib.

Qeyd edək ki, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən binada 255 mənzil var.

Xatırladaq ki, jurnalistlər üçün inşa edilən 3-cü binanın şəhid ailələri və Qarabağ əlillərinə veriləcəyi barədə ilk xəbəri Gununsesi.info ötən ilin iyulunda hökumətdəki mənbələrinə istinadən yazmışdı.

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button