2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Jurnalistlər Muxtarlı məsələsini ABŞ səfiri ilə müzakirə etdilər

Gürcüstan jurnalistləri Əfqan Muxtarlının işi üzrə ABŞ səfiri Yan Kelli ilə bir saatlıq görüşdə olublar.

“ABŞ səfiri Əfqan Muxtarlının işi üzrə prosesi diqqətlə izləyir və Gürcüstan hökuməti ilə kommunikasiyanı dəstəkləyir”, – jurnalist etikası Xartiyasının şura sədri Georgi Mqeladze ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli ilə görüşdən sonra belə deyib.

“Səfir bizə dedi ki, o, gürcü KİV-nə tam dəstəyini elan edir və Gürcüstan hökumətinin müvafiq iş üzrə konkret addımlarını böyük diqqətlə izləyir. Səfir onu da dedi ki, ABŞ səfirliyi istinqtaqın nəticələrini gözləyir”, – Mqeladze bildirib.

“Liberallar” internet-jurnalının redaktoru Liya Zakaşvilinin bəyanatına görə, jurnalistlər səfirə məlumat verib ki, bu işlə əlaqədar onlar Gürcüstan hökumətinin üzvləri ilə görüşmək istəyirlər, amma hökumət üzvləri hələ ki, görüşdən imtina edir.

“Biz səfirdən öyrəndik ki, o, bu işi diqqətlə izləyir və şəffaf istintaqın aparılması Amerika səfirliyi üçün vacibdir. O, həmçinin bizə dedi ki, Gürcüstanda başqa ölkələrin vətəndaşları ilə Gürcüstan vətəndaşının hüquq və fəaliyyəti eyni səviyyədə qorunmalıdır”, – Zakaşvili bildirib.

İlkin

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button