2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Jurnalistlər Saleh Rüstəmlinin azadlığa buraxılmasına çağırıblar

Bakı/23.11.21 “Saleh Rüstəmlinin həbsxanada başladığı aclıq aksiyası günahsız cəzaya qarşı dirənişdir, bu aksiya davam edərsə onun labüd ölümü Azərbaycanda çox arzuolunmaz presedent yaradacaq. Elə, Azərbaycan üçün də çox arzuolunmaz presedentlər yaradacaq.Saleh Rüstəmlinin bir an öncə azad edilməsi üçün əlinizdən gələni əsirgəməyin! Biz onun azadlığını istəyirik!” Bu barədə 50-yə yaxın jurnalistin Azərbaycanın dövlət başçısına, digər dövlət qurumlarının rəhbərlərinə və  ölkə ictimaiyyətinə müraciətində deyilir.

Noyabrın 23-də Saleh Rüstəmlinin aclıq aksiyasının 18-ci günü tamam olur.

Jurnalistlər Birinci Qarabağ Müharibəsinin veteran-qəhrəmanının azadlığa buraxılması üçün ictimaiyyəti həmrəyliyə çağırırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Onlar əmindirlər ki,  Rüstəmliyə verilən   cəzanın siyasi mülahizələrdən irəli gəlib.

Müraciəti  Rövşən Hacıbəyli, Xədicə İsmayıl, Xaliq Bahadır, Şahvələd Çobanoğlu, Əfqan Muxtarlı, Qənimət Zahid, Natiq Cavadlı, Sevinc Vaqifqızı, Aynur Elgünəş və başqaları imzalayblar.

*Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və ” Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir. —06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button