2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Jurnalistlər siyasətçiləri qorumalıdır”- Hadi Rəcəblidən ÇAĞIRIŞ

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bəzi jurnalistlərə iradını bildirib.

Publika.az xəbər verir ki, H.Rəcəbli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında artıq əksər media orqanları ilə əməkdaşlıq etmədiyini söyləyib:

“Mən bir neçə media qurumları ilə əməkdaşlıq edirəm. Çünki artıq buna mıcbur qalmışam, fikirlərim düzgün təqdim olunmur. Bilirsiz, komitəmizin işi çox çətindir. Cərrah əməliyyat edən zaman biz ağrı hiss edirik, ona söyürük, iradımızı bildiririk. Ancaq sağaldıqdan və ağrılar keçəndən sonra həmin cərraha ömrümüz boyu təşəkkür edirik. Bəzən bizim işlərimizdə də oxşar ağrılı məqamlar ola bilir. Komitəmizin qəbul etdiyi qərarlar da bəzən insanlar tərəfindən düzgün anlaşılmaya bilər. Ancaq bütövülükdə həmin qərarlar xalqımızın gələcəyi üçündür”.

Saytların yığılması Saytlarin yigilmasi

H.Rəcəbli jurnalistlərə də çağırış edib:

“Jurnalistlər siyasətçiləri qorumalıdır. Onların haqqında yalan xəbərlərin yayılmasına imkan verməməlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button