2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Jurnalistlərin parlamentdən çıxarılmasına etiraz edirlər

Ermənistanın media təşkilatları jurnalistlərin parlamentdə işinin əngəllənməsinə etiraz ediblər. Bu həftə deputatların əlbəyaxa davası zamanı parlament jurnalistləri onlar üçün nəzərdə tutulmuş otaqdan çıxarılıblar.

Mövcud qaydalara görə, media təmsilçiləri parlamentin işini yuxarıdan izləməyə imkan verən, şüşəylə əhatələnmiş otaqda işləyirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Avqustun 24-25-də parlamentdə hökumətyönlü və müxalifət deputatları arasında əlbəyaxa dava zamanı təhlükəsizlik əməkdaşları otağa girərək jurnalistləri çəkilişi dayandırmağa, oranı tərk etməyə vadar ediblər.

Jurnalistlər və media qurumlarının mövqeyincə, belə hərəkətlər onların hüquqlarını pozur, medianın işinə maneə yaradır ki, bu da Ermənistan qanunvericiliyinin pozulmasıdır.

Yerli qanunvericilik

“Civilnet” xəbər vebsaytının reportyoru Gevorq Tosunyan AzadlıqRadiosu-nun Ermənistan xidmətinə (Azatutyun) deyib ki, təhlükəsizlik işçiləri vebsayt jurnalistlərini otaqdan zorla çıxarıblar. O zaman parlamentin spikeri Alen Simonyan hələ fasilə elan etməmişdi, yəni iclas davam edirdi.

“Onlar hərəkətlərini izah etmədilər”, – Tosunyan deyib.

Jurnalistin fikrincə, parlament rəhbərliyinin niyyəti iclasdakı insidentlərin videolarının yayılmasını önləmək olub. Amma onun fikrincə, ictimaiyyət əslində bu səhnələri görməklə parlamentdə nə baş verdiyini bilə bilər.

“Bu bizim iş mühitimizdir. Bizi KİV haqqında qanun, Cinayət Məcəlləsi qoruyur, jurnalistin fəaliyyətinin önlənməsinin cinayət olduğunu aydın bildirir”, – o deyib.

Media təşkilatları insidentləri pisləyib, jurnalistlərə qanunsuz məhdudiyyətlərə, qısnamaya son qoymağa çağırıb.

Videoları deputatlar da yayıb

Məlumatlı Vətəndaşlar Birliyinin təmsilçisi Daniel Yohanisyan deyib ki, qurum Baş Prokurorluğa müraciət edib, cinayət işi açılmasına çalışacaq.

Onun sözlərinə görə, əlbəyaxa davanın videolarını indi deputat olan bəzi keçmiş jurnalistlər paylaşıblar.

“Bu insidentlərin bütün detallarını canlı videolardan, deputatların yaydığı videolardan görmüşük. Faktiki, ictimaiyyət bunu görüb, eyni zamanda jurnalistlərin peşə fəaliyyətinə əngəl yaradılıb”, – Yohanisyan vurğulayıb.

Simonyan avqustun 25-də mətbuat konfransında etiraf edib ki, jurnalistləri balkonlardan çıxarmaq lazım deyildi.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button