Loading...
Loading...
Siyasət

Kəlbəcər və Zəngilanda qızıl hasil edən əcnəbilər buna görə cavab verəcəklər – İ.Əliyev

Bakı/17.08.21 Azərbaycan işğal olunmuş ərazilərdə qanunsuz olaraq qızıl yataqları işlətmiş xarici şirkətlərə qarşı məhkəmə iddiasına hazırlaşır. Bunu Prezident İlham Əliyev avqustun 16 -da İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilmiş Kəlbəcər rayonuna səfəri zamanı bildirib.

“İddialar hazırlamaq üçün tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik. Əcnəbilər Söyüdlü (Kəlbəcər), Vejnəli (Zəngilan) və bir sıra digər sahələrimizi qanunsuz olaraq işlətdilər. Bu şirkətlər buranın Azərbaycan torpağı olduğunu bilirdilər, amma buna məhəl qoymadılar və indi cavab verəcəklər”, – deyə Əliyev bildirib.

O, bir daha vurğulayıb ki, əgər bu şirkətlər nəticələrin qarşısını almaq istəyirlərsə, Azərbaycana dəymiş ziyanı ödəməlidirlər.

Qeyd edək ki, bu şirkətlərdən biri İsveçrənin “Frank Müller” və Rusiyanın “GeoProMining” şirkətləridir.

Əliyev həmçinin bildirib ki, Ermənistanla sərhəd zonasında dövlət sərhədinin intensiv gücləndirilməsi həyata keçirilir, lazımi infrastruktur yaradılır, hərbi hissələr yerləşdirilir.

Qışın əvvəlinə qədər Ermənistanla sərhədə gedən daxili yolların inşasının 80%-nin başa çatdırılması planlaşdırılır. Onun sözlərinə görə, bu yolların ümumi uzunluğu 700 km-dir.

Azərbaycanın Ermənistan ərazisinə daxil olması ilə bağlı ittihamlara toxunan Əliyev bunları qəbul etmədiyini açıq şəkildə ifadə etdi. “Lazım olduğunu düşündüyümüz yerdə dayanırıq”, – deyə Əliyev vurğulayıb. -02D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button