2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Kəlbəcərdə əsgər həlak olub, qohumları onun intihar etdiyinə inanmırlar

Bakı/09.02.22 Yanvarın 8-də Masallı rayonu Ərkivan kənd sakini Səriyə Zöhrabova Bakıda Ədliyyə Nazirliyinin qarşısında oğlunun ölümünün araşdırılmasında ədalət tələbilə təkbaşına piket keçirib.

Müddətli xidmət hərbi qulluqçusu, Qarabağ Müharibəsi iştirakçısı, “Kəlbəcərin azad edilməsinə görə” medalı ilə təltif edilmiş İlkin Zöhrabov Kəlbəcərdə aydın olmayan şəraitdə açılan atəşdən həlak olub. 2001-ci ildə anadan olan  Zöhrabov 8 gündən sonra tərxis olunmalıydı.

Lakin hərbi istintaqın bildirdiyinə görə, 22 mart 2021-ci ildə gizir Mətləb Hacıyev tərəfindən işgəncə altında ölüm həddinə çatdırıldığına görə özünə atəş açıb,

Saytların yığılması Saytlarin yigilmasi

Cinayət işində Hacıyevin tabeliyində olanlara kobud, fiziki güc tətbiq etməklə münasibəti barədə digər sübutlar da var. O həbs olunub, təqsirləndirilən şəxs qismində cəlb edilib.

Martın 30-da əsgərin cəsədi ailəsinə verilib. Mərhum səkkiz gün qarda çadırda qalıb.

Ailədə hesab edirlər ki, bəlkə Hacıyev Zöhrabovun ölümündə günahkar olmaya bilər. Səriyə Zöhrabova Turan-a bildirib ki, güllə oğlunun sinəsinə yox, kürəyinə dəyib. “Qoy, mənə göstərsinlər ki, bir adam özünü kürəyindən necə güllələyə bilər?”, – qadın sual edir.

“Biz Hacıyevin mütləq mühakimə olunmasını tələb etmirik. Biz düzgün istintaq istəyirik, övladımızın ölüm səbəbinin üzə çıxarılmasını istəyirik. Hərbi prokuror və müstəntiq işi intihar üzrə aparırlar, amma biz buna inanmırıq. Qoy, onlar işi məhkəmədən alıb əlavə istintaqa qaytarsınlar”, – o deyib.

11 aydır ki, Tərtər Rayon Hərbi Məhkəməsində bu iş üzrə proses davam edir. Əsgərin ölümünə şahid olanlar – bir əsgər və gizir, həmçinin hərbi hissənin zabitləri məhkəməyə gəlmirlər. İstintaqın versiyasını təkzib edən bir çox fakt var. Bizim vəsatətlərimiz təmin edilməyib. İşin əlavə istintaqa qaytarılmasını tələb edirik, – mərhumun əmisi Araz Zöhrabov Turan-a deyib.

Turan hüquqşünas, ictimai müdafiəçi, məhkəməyə müraciətin mətnini redaksiyaya vermiş Yusif Əliyevlə əlaqə saxlayıb. Əliyevin sözlərinə görə, mərhumun meyitinə baxış istintaqın versiyasını təkzib edir. Sinənin üzərindəki güllənin giriş dəliyi arxadakı çıxış dəliyindən böyükdür. Deməli, güllə kürək tərəfdən girib. İntihar edən öz həyatına belə son verə bilməz.

Ballistik ekspertizanın məlumatlarıı yoxdur, hadisə yerindən güllə və giliz yoxdur, atəşin hansı silahdan açıldığı bəlli deyil. Hərbi hissədə iddia edirlər ki, İlkinin adına silah yazılmayıb, halbuki, əsgər ermənilərin mövqelərindən 150 metr məsafədə yerləşən hərbi postda xidmət keçib, bütün müharibəni keçib və medal ilə təltif edilib.

Bədənində cərrahi əməliyyatın izləri aşkar edilib, halbuki, İlkin orduya çağırılmadan əvvəl əməliyyat olunmayıb.

Mərhumun paltarında barıt izləri olduğu iddia edilən ekspertiza məlumatları ailəni qane etmir.

Nəhayət, ən şübhəlisi mərhumun əlindəki diyircəkli qələmlə yazılmış yazıdır. Guya, İlkin ölümündən 11 gün öncə əlinə vəsiyyətnamə yazaraq onu dayısının məzarının yanında dəfn etməyi xahiş edib. Mərhumun əlindəki yazı onun evə göndərdiyi məktublarındakı xəttindən ciddi şəkildə fərqlənir və yazı mərhumda olan qələmlə yazılmayıb. İstintaq bildirir ki, əsgərin əlinə bu yazını yazması ilə bağlı videogörüntü var. Lakin cinayət işində bu videogörüntü yoxdur, Yusif Əliyev açıqlayıb.

Ailədə şübhələnirlər ki, istintaqı intihara inandırmaq üçün İlkinin əlindəki yazı onun ölümündən sonra başqa bir şəxs tərəfindən yazılıb.

S.Zöhrabova piket keçirərkən  Ədliyyə Nazirliyində onu qəbul ediblər və təklif ediblər ki, ailənin vəkili cinayət işinin özünü öldürmə həddinə çatdırma maddəsindən (CM-in 125-ci maddəsi) Cinayət Məcəlləsinin digər maddəsinə tövsif edilməsi barədə vəsatət qaldırsın. Anaya ədalətli məhkəmə araşdırmasına söz veriblər.

Turan Tərtər Rayon Hərbi Məhkəməsinin hərbi prokuroru və müstəntiqindən məlumat ala bilmir. Tərtər Rayon Hərbi Məhkəməsində növbəti iclas 23 fevral 2022-ci ildə olacaq.-0–

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button