Loading...
Loading...
Cəmiyyət

Kəlbəcərdən möhtəşəm mənzərələr – FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Kəlbəcərə səfərində 80-dən çox diplomat və hərbi attaşe rayonun İstisuyu, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi, “Kəlbəcər-1” su elektrik stansiyasında (SES) görülən işlərlə də tanış olub.

Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib və 29 il işğal altında saxlanılıb. Vətən müharibəsindən sonra 10 noyabr 2020-ci ildə imzalanan kapitulyasiyaya əsasən 25 noyabrda Ermənistan hərbçiləri rayonu boşaldaraq Azərbaycan Silahlı Qüvvələrinə təhvil verib.

Ermənilər digər ərazilər kimi Kəlbəcəri də işğal vaxtı talan edib, dağıdıb. Hətta kapitulyasiya ilə barışa bilməyən erməni əhalisi məğlubiyyətdən sonra bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirib: ərazini tərk edən ermənilər evləri və meşələri də yandırıblar. (Report)

The post Kəlbəcərdən möhtəşəm mənzərələr – FOTO appeared first on 24 saat.

24 saat” “Kəlbəcərdən möhtəşəm mənzərələr – FOTO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  İrandan 11 kiloqram qızıl keçirilməsinin qarşısı alındı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button