Now Reading:
Kəmaləddin Heydərov evsiz vətəndaşı aldadıb FOTO VİDEO

Xəbər verdiyimiz kimi, 28 mart 2017-ci il saat 17:30 radələrində Şabranın Xırdaoymaq kənd sakini Azad Alışova məxsus 2 mərtəbəli, 8 otaqlı ev yanıb. Yanğın nəticəsində ümumi sahəsi 176 kv m olan yaşayış evi əşya və avadanlıqları ilə birgə tam yanıb, yalnız divarı qalıb.

Azad Alışov bildirib ki, evləri yandıqdan sonra həyat yoldaşım, övladlarım – 7 yaşlı Mələk, 6 yaşlı Fuad, 5 yaşlı Nihad ilə birgə Fövqəladə Hallar Nazirliyinin quraşdırdığı müvəqqəti çadır sığınacağında qalırıq:

“Sosial durumumuz çox pis vəziyətdədir. Bu soyuqda çadırda yaşayırıq. Heç kim bizə kömək etmir. İmkansızlıqdan iki övladım məktəbə gedə bilmir. Pal-paltarları yoxdurki təhsil almağa göndərim. Soyuq havada çadırda yaşamağa məcbur qalmışıq. Ölümlə üz-üzəyik. Çadırda uşaqlarımın ciyərləri soyuqlayıb. Ağrıdan yata bilmirlər. Az qalıb ki, vərəm olsunlar. İmkansızlıqdan həkimə də apara bilmirəm. Belə getsə, evim kimi övladlarımı da itirəcəm. Bu gedişata dözə bilmirəm. Yalvarıram bizə kömək edin. Ölkə başçısı İlham Əliyev, 1-ci vitse-prezident hörmətli Mehriban xanım Əliyevadan yardım istəyirik. Müvafiq qurumlara məsələ ilə bağlı müraciət etsəm də, təəssüf ki, heç kim bizimlə maraqlanmır”.

Azad Alışov yanan evinin təmir olunması üçün Kəmaləddin Heydərovun qəbulunda olduğunu da deyib: “Nazir mənə söz vermişdi ki, evim təmir olunacaq və bunun üçün bütün köməklik göstəriləcək. Amma bu günədək heç bir köməklik olunmayıb. Ümüdümü yenədə üzməmişəm”. (Unikal.org)




SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.