2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Kəmaləddin Heydərovun düşdüyü qəzanın görüntüsü yayıldı (VİDEO)

Dünən günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını qəzaya düşüb.
Bu barədə az24saat.org məlumat yayıb.
Məlumata görə, “Dostluq” kinoteatrı adlanan ərazidə Azadlıq prospekti ilə Bakıxanovun kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun maşını 90-AA-900 “Mercedes s class” “Maserati” markalı maşınla toqquşaraq qəza törədib.
Dərhal naziri mühafizə maşını olan 10-UP-900 “Nissan patrol”a əyləşdirərək ərazidən uzaqlaşdırıblar.
Qısa zamanda nazirliyin avtomobili alovlanıb. 
Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov baş verən qəza ilə bağlı unikal.org-a açıqlama verib.
O bildirib ki, qəzada xəsarət alan olmayıb: “Yayılan görüntülərdə hər şeyi gördünüz. Nəsə olsaydı, onu da görərdiniz. Baş verən qəzada xəsarət alan olmayıb. Bir şey olsaydı, deyərdim! Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm”. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button