Loading...
Loading...
Manşet

Kəmaləddin Heydərovun müavinin OĞLU Elvin Hacıyev da milyarder çıxdı

“Çörəkverən nazir” kimi tanınmaq üçün əhatəsində olan media subyektlərini istismar edən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyev də müəmmalı şəkildə ölkənin ən qabaqcıl biznesmenlərindən biri çıxdı. Ümumiyyətlə Azərbaycanda iri ranqlı məmur övladlarının “uğurlu biznesmen rolu” barədə yüzlərlə misal göstərmək olar və “24 saat” olaraq biz bu faktların əksərityyəti barədə geniş ictimaiyyətə davamlı məlumat vermişik.
Elvin Hacıyev
Elvin Hacıyev
İndi isə Elvin Hacıyev və onun mənşəyi qaranlıq biznes subyektlərinin araşdırmaçı-jurnalist Cavanşir Həsənli tərəfindən yayılan siyahısını təqdim edirik:

ŞİRKƏTLƏR: 

“BOL SÜFRƏ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2010-cu ildə BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ABBAS SƏHHƏT, ev 73 ünvanında hüquqi qeydiyyatdan keçib) 
"BOL SÜFRƏ" Məhdud Məsuliyyətli Cəmiyyəti - Elvin Hacıyev
“BABYLON-GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2012-ci ildən BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, BÖYÜK QALA, ev 39, m. 7/8 ünvanında  hüquqi qeydiyyatdadır) 
"BABYLON-GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti - Elvin Hacıyev
“BABYLON AQRO” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 
“BT PROJECT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ildə BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, BÖYÜK QALA, ev 39, m. 7/8 ünvanında  hüquqi qeydiyyata alınıb). 
"BT PROJECT" Məhdud Məsuliyyətli Cəmiyyəti - Elvin Hacıyev
“APİ DELTA GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü ildə QAX RAYONU, LƏKİT kəndində hüquqi qeydiyyata alınıb). 
"APİ DELTA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti - Elvin Hacıyev

TƏSƏRRÜFAT VƏ OBYEKTLƏR – Elvin Hacıyev

Orucəli Hacıyevin oğlu həm də Bakının Zirə qəsəbəsində 4.4 hektarlıq əsasən pomidor yetişdirilən İSTİXANA (“BOL SÜFRƏ” MMC) ilə varlanır;
Qax rayonunda 2000 arı ailəsindən ibarət ARIÇILIQ TƏSƏRRÜFATI və BAL EVİ (“Api Delta Group);
ARIÇILIQ TƏSƏRRÜFATI və BAL EVİ ("Api Delta Group) - Elvin Hacıyev
Şurabad qəsəbəsində 30 hektardan artıq sahədə süni göllərdən ibarət NƏRƏ VƏ SAZAN BALIĞI FERMASI (“Babylon Agro”);
SULTANAHMET KÖFTECİSİ – Səbayel rayonu Əbdülkərim Əlizadə küçəsi 16  (“Babylon Group”);
SULTANAHMET KÖFTECİSİ METROPARK (7-ci mərtəbə) –  (“Babylon Group”);
SULTANAHMET KÖFTECİSİ
SULTANAHMET KÖFTECİSİ PARK BULVAR (Ticarət Mərkəzinin 3-cü mərtəbəsi) – “Babylon Group”);
“Babylon Group” eyniadlı köftəxanaları Batumidə, Qazaxıstan və Rusiyada da açmaq üçün brend sahibi olan GATE 25 RESTORANI ailəsi ilə razılıq əldə edib.
“Babylon Group” həmçinin Caspian Business Mərkəzində və Kaspi Litseyində katering xidməti göstərir.
Xocalı prospektində, Dəmirçi Towerin 25-cı mərtəbəsində fəaliyyət göstərən GATE 25 bar-restoranı (“BT Project” MMC).
GATE 25 bar-restoranı GATE 25 bar-restoranı
Bakının “Torqovıy” kimi tanınan ərazisində, Rəsulzadə küçəsində fəaliyyət göstərən TARHUN RESTORANI (“Babylon Group”)
TARHUN RESTORANI
TARHUN (METROPARK) adı ilə daha bir restoran Təbriz küçəsindədir.
TARHUN RESTORANI
Nazir müavininin oğlu nizamnamə kapitalı 11688495.00 AZN, illik dövriyyəsi 4 milyon dollar aşan TECHNOİL şirkətinin həmtəsisçisidir. TECHNOİL-un Sumqayıtda, Sülh küçəsində yerləşən müəssisəsi mühərrik və sənaye yağları istehsal edir.
"TECHNOİL" Məhdud Məsuliyyətli Cəmiyyəti
Elvin Hacıyev özünü film industriyasında da sınamağa çalışıb. “Sudan”, “3 Otaq”, “T of Generation”, “Zərdüşt belə deyərdi” kimi qısa metrajlı film ve serialları hazırlayan
Babylon Film (ABŞ-da yaşayan rejissor Orxan Ata ve “Babylon Invest” tərəfindən yaradılıb.
Elvin Hacıyev bir dəfə müsahibəsində bildirib ki, restoran biznesi onun öz təşəbbüsü ilə formalaşıb, ancaq “Babylon Agro” və “Technol” ailəsindən gələn layihələrdir. Yəni bu biznes birbaşa Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev aiddir.”
Gözdən qaçırmayın:  ZELENSKİnin Avropa Parlamentində tarixi çıxışı - AZƏRBAYCANCA

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button