24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Kənd sakini polisə atəş açıb

Bakı/01.12.21 Noyabrın 30-da Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisində Beyləqan rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə dekabrın 1-də Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Məlumata görə, Beyləqan rayon polis şöbəsinin post patrul xidməti bölməsinin əməkdaşları Mirsahib Abdullayev və Sarvan Çıraqzadə Aşağı Çəmənli kənd sakini Eldəniz Alışova yaxınlaşaraq üzərində olan ov tüfənginin qeydiyyat sənədlərini tələb ediblər. Alışov silahın qeydiyyat sənədlərinin olmadığını bildirib. Bu zaman polislər silahın təhvil verilməsini tələb ediblər. Alışov isə polis işçisi  Sarvan Çıraqzadənin sağ ayağına atəş açaraq xəsarət yetirib, ikinci dəfə atəş açmağa cəhd etdikdə polis əməkdaşları silahı onun əlindən alıblar.

Hadisə ilə bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə)  ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.-05D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button