Now Reading:
Kənd Təsərrüfatı nazirliyində kredit qanunsuzluqları

Kənd Təsərrüfatı nazirliyində kredit qanunsuzluqları

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 01 yanvar 2015-ci il tarixdən 01 iyul 2017-ci il tarixədək olan dövrdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin formalaşması və istifadəsinin auditinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq etmişdir.

Kredit vəsaitlərinin ayrılması prosesində bir sıra hallarda müvafiq normativ qaydaların tələbləri gözlənilməyərək, regionlar üzrə kredit vəsaitlərinə olan tələbata dair məlumatlar əhatəli olmamış, bəzi hallarda layihələrin ekspertizası aparılmamış, bir neçə halda əməkdaşlıq üçün müvəkkil kredit təşkilatları (MKT) müvafiq tələblərə uyğun seçilməmiş, MKT-lər tərəfindən öhdəlik üzrə geri qaytarılan vəsaitlər bir məbləğlə ödənildiyi üçün layihələr üzrə əsas və faiz borcunun ödənişlərinin uçotunun aparılması təmin edilməmiş, vaxtı keçmiş bəzi borclar balansda öz əksini tapmamışdır.

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsinə görə ödənilmiş faizlər hesabına formalaşdırılan Sığorta fondunun vəsaitlərinin istifadəsinin daxili Qaydaları”na uyğun olaraq qaytarılan kredit vəsaitləri üzrə 2% faizlik borcun 75,0% hissəsinin Xidmətin Sığorta Fonduna köçürülməsi müəyyən edilsə də bəzi hallarda Fonda artıq vəsait ödənilmiş, MKT-lərdən daxil olan kredit layihələrinin monitorinqləri barədə hesabatlar tam araşdırılmamış, kredit vəsaitlərindən istifadənin qənaətbəxşliyi barədə qeydlər aparılmamışdır.

 

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.