2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Kərəm Həsənova bir neçə maddə ilə cinayət işi açılmalıdır”

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 100 min dollar dəyərində saat taxması məsələsi yenidn aktuallaşıb.

24saat.org xatırladır ki, bu barədə bir müddət öncə tanınmş vəkil Aslan İsmayılov özünün Facebook səhifəsində yazıb. O dediklərini sübut edən foto da paylaşıb.
Fotodan bəlli olur ki, K.Həsənov Patek Philippe Skeleton 5180/1G-010 markalı saat taxır. Bu saatın qiyməti 100 min dollardır. K.Həsənovun aylıq maaşı isə 1750 manatdır. Komitə sədri bu saatı maaşı ilə alması üçün 5 il əmək haqqını yığmalıdır. Buradan aydınca görünür ki, K.Həsənov həmin böyük pulları qanunsuz yollarla əldə edib. Bundan başqa bir müddət öncə, K.Həsənov Zülfüqarlı qardaşlarına məxsus iki böyük zavodun – “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” ı da qanunsuz olaraq ələ keçirib ki, bu da, sözügedən qardaşlraın ciddi etirazlarına səbəb olub.
Komitə sədrinin qanunsuz əməllərindən danışan tanınmış hüquqşünas Müzəffər Baxış Savash.org-a bildirib ki, K.Həsənov saysız-hesabsız qanunsuzluqlar törədib. Lakin indiyə kimi ona heç bir cəza tətbiq olunmayıb: “ K.Həsənovun hansı əməllərlə məşğul olması bizə çoxdan məlumdur. Sadəcə törətdiyi özbaşınalıqlara görə, kimsə ona “dur” demir. Bu səbəbdən düşünürəm ki, siyasi göstəriş olmasa, K.Həsənov cəzasız qala bilər. Yəni onun əməllərinə hüquqi qiymət verilməyəcək”.
Həmsöhbətimizin sözlərinə görə, əslində K.Həsənov Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri kimi yalnız Zülfüqarlı qardaşları ilə deyil, çoxsaylı insanlarla bağlı cinayətlər törədib: “Dövlət əmlakının özəlləşdirilməsi zamanı çox ciddi qanun pozuntularına yol verib. Məqsədli şəkildə dövlət əmlakının qiyməti aşağı salınıb və özünə münasib adamların adına rəsmiləşdirilərək özəlləşdirilib. Bu baxımdan onun 100 deyil, 200 minlik saat taxması da mümkündür. Bunlar hər kəsə bəllidir. Sadəcə olaraq buna hüquqi qiymət vermək lazımdır. Bu qəbildən olan vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət vermək üçün Azərbaycan prezidentinin razılığı olmalıdır. Bu gün dövlət başçısı İlham Əliyev K.Həsənovun qanunsuz hərəkətlərinin araşdırılmasına dair göstəriş versə, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub, cəzalandırılar. Bunun üçün kifayət qədər sübutlar var. Amma inanmıram. Ona görə ki, K.Həsənovun “yarpaqları saralmayıb”. Nə qədər ki, bu yarpaq saralmayıb, Zülfüqarlı qardaşları hüquqlarını bərpa edə bilməyəcəklər. Nə vaxt ki, K.Həsənovun yarpaqları saralıb, töküləcək, bax onda Zülfüqarlı qardaşları və digər sahibkarlar öz hüquqlarını bərpa edəcəklər. Yalnız bunu düşünmək lazımdır ki, heç kim vəzifədə əbədi deyil”.(savash.org)

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button