2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Kəbənin örtüyü necə hazırlanır

Səudiyyə Ərəbistanının fabrikində onlarla sənətkar Məkkədə müsəlmanların müqəddəs ibadətgahı olan Kəbənin üzərinə salınacaq qızılla işlənmiş parçanın tikilişi üzərində işləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Kisva adı ilə tanınan örtük ipək və pambıq parçadan hazırlanır və onun üzərində qızıl saplarla Qurani-Kərimdən ayələr yazılır. Hər il Məkkədə Böyük Məsciddə yerləşən Kəbənin üzərinə Həcc ziyarəti zamanı yeni örtük salınır. Bu il Həcc ziyarəti çərşənbə günü başlayır.

Məkkənin Oum Əl-Cud məhəlləsində yerləşən zavodun işçiləri burada ömür boyu çalışır. Bu il örtüyü hazırlayan sənətkarların çoxu 40-50 yaşlarındadır. Onların əksəriyyəti yeni nəslin nümayəndələrinin sənətə yiyələnib təcrübə qazanması üçün yaxın zamanlarda təqaüdə çıxacaq.

Fabrikin baş meneceri Məhəmməd bin Abdulla Bacuda deyib ki, kral Salman prosesin avtomatlaşdırılması üçün 30 il bundan əvvəl fabrikdə quraşdırılmış tikiş maşınlarının gələn ilin əvvəli yeniləri ilə əvəz edilməsi haqda göstəriş verib.

15 metr hündürlüyü olan Kəbənin üzərini örtməyə kifayət edəcək kisvanın tikilişi üçün parça İtaliyadan, qızıl və gümüş saplar isə Almaniyadan gətirilib. Örtüyün çəkisi 670 kiloqramdır.

Lakin örtüyün hazırlanması prosesi bütünlüklə Səudiyyə Ərəbistanının özündə baş verir və krallığa hər il 6 milyon dollara başa gəlir.

Kub şəklində olan Kəbə Həcc ziyarətinin mərkəz nöqtəsi hesab edilir. Həcc ziyarəti zamanı iki milyona yaxın müsəlman zəvvar Kəbə ətrafında dövrə vurur.

Müsəlmanlar gündə beş dəfə namaz qılan zaman Məkkə və Kəbə tərəfə üz tutur.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button