2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sağlam Həyat

Kəklikotu COVID-ə necə təsir edir?

Kəklikotu COVID-ə necə təsir edir?

Kəklikotu əsrlərdir ki, ən faydalı bitkilərdən hesab olunur. Kəklikotu hər zaman daha çox qrip, zökəmin dərmanı sayılıb. Bu bitkinin tənəffüs yollarından tutmuş, immunitet sisteminə, ürək-damar, diş əti xəstəliklərinə qədər bir çox faydalarının olduğu məlumdur. Pandemiya dövründə sonsuz faydaları olan kəklikotuna tələbat daha da artıb.

e-tibb.az xəbər verir ki, Türkiyədən olan bitkişünas Aktar Özfidancı deyib ki, pandemiya dövründə kəklikotu və kəklikotu yağının satışında ciddi artım yaranıb. O qeyd edib ki, bu bitki həm immunitet sistemini gücləndirir, həm də tənəffüs yollarının xəstəliklərinə yaxşı təsir göstərir. Mütəxəssis deyib ki, hazırda pandemiya dövründə olduğumuz üçün ən vacib məqam immunitet sisteminin güclənməsidir. Onun sözlərinə görə, kəklikotu immun sistemini gücləndirməklə yanaşı tənəffüs sisteminə, ağciyərlərə müsbət təsir edir. Bundan başqa, ürək-damar sistemi, damarların atereosklerozu, qadınlarda menstruasiya pozğunluğu və psixoloji baxımdan narahatlıqlarla bağlı bir çox faydaları var.

Onun sözlərinə görə, pandemiya dövründə otun özünün və yağının satışı ciddi şəkildə artıb. Kəklikotu yağını həm su ilə qarışdırıb, həm də birbaşa içənlər var. Amma kəklikotu ən çox çay-dəmləmə şəklində istifadə olunur.

Saytların yığılması Saytlarin yigilmasi

 

 



24 saat” “Kəklikotu COVID-ə necə təsir edir?” başlıqlı yazını “e-tibb”az saytına istinadən dərc edib

Sağlam Həyat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button