2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Kəmaləddin Heydərov yanğının səbəbini açıqladı

Ramil Usubov: “Kameraların görüntüləri müvafiq qurumlara verilib”

“Diqlas” Ticarət Mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyədək əməl olunmayıb. Yanğının mənbəyi ticarət mərkəzindən kənarda yerləşən və qanunsuz inşa olunan dönərxanadan başlayıb.

Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 28-də prezidentin yanında yanğınla əlaqədar keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, 2015-ci ildən başlayaraq ticarət mərkəzinə və rayon icra hakimiyyətinə müvafiq müraciətlərin olunmasına baxmayaraq, burada yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib, bu məqsədlə tələb olunan hidrantlar qoyulmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkaponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub”.

K.Heydərov deyib ki, yanğının söndürülməsinə 35 yanğınsöndürən maşının və 3 helikopterin cəlb olunub.

Baş prokuror Zakir Qaralov hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsi üzrə cinayət işinin qaldırıldığını, yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizalarının təyin olunduğunu söyləyib.

Daxili işlər naziri Ramil Usubov bildirib ki, 400 nəfərdən çox polis əməkdaşı hadisə yerində təhlükəsizlik tədbirlərinin təmin olunmasına cəlb edilib, əhalinin oradan uzaqlaşdırılması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı zəruri tədbirlər görülüb.

Ramil Usubov yanğının baş verməsi ilə bağlı müşahidə kameralarının qeydlərinin müvafiq qurumlara təqdim olunduğunu bildirdi.

Martın 26-da səhər saatlarında paytaxtın Nizami rayonundakı “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib.Yanğın nəticəsində ticarət mərkəzi yararsız hala düşüb və alov yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Yanğın elektrik naqillərini sıradan çıxarıb.

Prezident İlham Əliyev yanğınla əlaqədar Nazirlər Kabinetinə komissiyanın yaradılmasını və zərərçəkənlərə yardım edilməsini tapşırıb.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button