2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Kəmaləddin Heydərova edilən güzəşt Rövnəq Abdullayevə niyə edilmədi?

Dövlət tərəfindən ev veriləcək jurnalistlərin siyahısı artıq hazırdır.

Azpolitika.info saytının yaydığı məlumata görə, son iclasda qərara alınıb ki, ev bölgüsü ilə bağlı yaradılmış komissiyanın elan etdiyi kriteriyalar heç bir halda pozulmamalıdır. Məlumatda iddia edilir ki, prezidentin köməkçisi, Əli Həsənov iclasda bəyan edib ki, bölgünü elan olunan kriteriyalara uyğun aparmaq onun üçün şərəf məsələsidir, hər kəs bunu nəzərə alsın. Prezidentin köməkçisi komissiya üzvlərinə xəbərdarlıq edib ki, heç kim kriteriyalara cavab vermədiyi halda öz yaxınına ev veriləcəyinə ümid etməsin.

Hətta təminatlı informasiya agentliklərindən olan “Report.az” ev bölgüsündə iştirak hüququndan məhrum olub. Bu agentlik tərəfindən namizədliyi irəli sürülmüş jurnalistlər, baxmayaraq ki, aralarında ehtiyacı olan, haqqı çatan qələm adamları var, ev ala bilməyəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Buna səbəb “Report”un 3 yaş şərtinə “ uyğun olmamasıdır. Qeyd edək ki, bu sayt 2014-cü ilin oktyabrından fəaliyyət göstərir.
Report.az saytının Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə bağlı olduğu barədə iddialar var. Ona görə də Report.az-ın ev bölgüsündən kənarda qoyulması müxtəlif mülahizələrə səbəb olub. Belə qənaət yaranıb ki, əslində bu addım Rövnəq Abdullayevə bir mesajdır.

Digər tərəfdən eyni problem Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın media orqanları ilə bağlı da mövcud olub. Məsələn, 2013-cü ildə jurnalistlər üçün tikilən birinci binadakı mənzillərin bölgüsündə “3 yaş şərti”nə uyğun gəlmədiyi halda “Gündəlik Teleqraf” MMC-yə iki mənzil verilib.

Maraqlıdır, nəyə görə Kəmaləddin Heydərova edilən güzəşt Rövnəq Abdullayevə edilməyib?

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button