2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşet

Kəmaləddin Heydərova məxsus hotel bağlandı

Lənkəranda yerləşən “Qafqaz Sahil Hotel”in rəsmən bağlandığı açıqlanıb.

Hotelin əməkdaşlarının verdiyi məlumata görə, otel fəaliyyətini oktyabrın 22-də dayandırıb.

Onlar bildiriblər ki, “Gilan Holdinq”ə daxil olan “Qafqaz Sahil Hotel” sabahdan rəsmən fəaliyyət göstərməyəcək.

2008-ci ildən fəaliyyət göstərən və həmin il ölkə başçısı İlham Əliyev tərəfindən rəsmi açılışı edilən otelin 42 işçisi olub.

Saytların yığılması Saytlarin yigilmasi

“Ayın 8-də bildirişə qol çəkdik. Dedilər ki, 15 gün sonra hotel rəsmən bağlanır. Sabah son gündür. 42 professional personal işsiz qaldı. 10 il idi ki, burada çalışırdıq. 8 oktyabr 2008-ci ildə açılışı olmuşdu, 22 oktyabr 2018-ci ildə də bağlandı. Heç kəsə də kompensasiya verilməyib hələ ki. Amma deyiblər ki, verəcəyik”, – onlar bildiriblər.

Hoteldən bağlanmaqla bağlı məlumatı Arqument.Az-a təsdiqləyiblər. Bildiriblər ki, hamı işdən azad olunub və sabahdan qonaq qəbul olunmayacaq.

“Gilan Holdinq”ə daxil olan “Qafqaz Sahil Hotel” 2008-ci ildən fəaliyyət göstərirdi.

Hotelin Fövqəlada hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia olunurdu.

 

Arqument.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button