2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Kəmaləddin Heydərovun 3 şirkəti bağlandı

Nazirə yaxın məmurlardan daha birinin vəzifəsinin itirəcəyi iddia edilir

“Gilan Pasicifik İnşaat Materialları” MMC, “Gilan Motors” MMC və “Gilan Sement” MMC ləğv olunub.

“Report”un məlumatına görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhərinin Yasamal rayonu, N.Nərimanov prospekti,206, məhələə 466 ünvanına bildirə bilərlər.

Saytların yığılması Saytlarin yigilmasi

“Gilan Pasicifik İnşaat Materialları” rəsmən qeydiyyata 2011-ci ildə alınıb və nizamnamə kapitalı 20 manat olub. “Gilan Sement” 2008-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 40 manat təşkil edib. “Gilan Motors” isə 100 manat nizamnamə kapitalı ilə 2008-ci ildə dövlət qeydiyyatına alınıb.

Hər üç şirkətin qanuni təmsilçisi Cəmil Tahir oğlu Muradovdur.

“Gilan Holdinq”ə gəlincə, ölkədə ən iri biznes strukturlarında biri olan bu şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova bağlılığı barədə iddialar var.

Ümumiyyətlə, son günlər Kəmaləddin Heydərovun hədəfdə olması barədə məlumatlar yayılır. Vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasından bu barədə xəbərlər daha da intensivləşib. Az24saat.az xatırladır ki, Fazil Məmmədov Kəmaləddin Heydərovun kadrı sayılır. O uzun müddət Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini vəzifəsində çalışıb. Onun müavin olduğu dönəmdə DGK-nın sədri Kəmaləddin Heydərov olub. Hələ Fazil Məmmədov vergilər naziri təyin olunanda media bunu Kəmaləddin Heydərovun uğuru kimi təqdim edirdi. Qeyd edilirdi ki, Kəmaləddin Heydərov əhəmiyyətli postlardan birini nəzarətə götürməklə hakimiyyətdəki təsir imkanlarını bir qədər də artırıb.

Bu baxımdan Fazil Məmmədovun işdən çıxarılmasını Kəmaləddin Heydərova zərbə kimi qiymətləndirənlər də var.
Müşahidəçilərin fikrincə, Fazil Məmmədovun işdən çıxarılması ilə fövqəladə hallar nazirinin hakimiyyətdəki kadrlarının “vurulması” prosesinə start verildiyini ehtimal etmək olar. Mümkündür ki, növbəti “vurulacaq” məmur DGK-nın sədri Aydın Əliyev olsun. Onun da Kəmaləddin Heydərova yaxın şəxs olduğu bildirilir. Digər tərəfdən, DGK-da fövqəladə hallar nazirinin kadrları hesab edilən xeyli sayda vəzifəli şəxs var. Əgər ehtimallar doğrudursa, o zaman həmin şəxslərin də işdən çıxarılacağını söyləmək olar.

Az24saat.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button