2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kəmaləddin Heydərovun işçisindən ilginc şikayət

İş adamı Sadiq Mustafayev fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib.

Müraciətin bir surəti də 24saat.org-a daxil olub. İş adamının müraciətində deyilir: “Mən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Əli Məlikov tərəfindən aldadılmışam. Mən iş adamıyam, Əli Məlikov bunu bilib münasibətimizdən istifadə edərək 2012-ci ilin aprelində 600 min dollar almış, bu günə qədər də tam qaytarmamışdır. Pulumu tələb etdikdə yaxın və nüfuzlu qohumları da bu məsələyə qatılmış, mübahisəmiz daha da dərinləşmişdir. Həmin qohumlarından biri də qaynatası cənab Sahib Qarayevdir. O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunda direktor vəzifəsində işləyir. Əli Məlikovdan şikayət edəndə Sahib Qarayev qızının və nəvələrinin xətrinə bu işdən mənə köməklik edəcəyini və məsələ ilə maraqlanacağını bildirmişdir. Onun təşəbbüsü ilə görüşdük, kürəkəninin borcu barədə ətraflı bildirdim. Borcun cüzi bir hissəsi mənə qaytarıldı. Demə bunlar oyun imiş. Sahib Qarayev mənə işləmək, borcun əvəzini işlə çıxmaq üçün şərait yaradacağını vəd etdi. İnandırmaq üçün görəcək işin eskiz-layihəsini verdi, konkret iş yerləri göstərdi. Görüləcək işlərin, borcun bir hissəsi kimi hesablayaraq, qalan borcun 100 min dollar olması barədə öz aramzda qəbz aldı. “Mən Hacıyam” deyib aldığı qəbzi sonradan istintaq orqanlarına sübut kimi təqdim edərək kürəkəninin borcunu 600 min dollar deyil, 100 min dollar olduğunu sübut etməyə çalışdı. Üstəlik, mənim ona arxayın olub kürəkənindən şikayət etmədiyim müddətdə Əli Məlikovun əmlakını gizlətməsinə şərait yaratdı.

Görüşlərimizin birində o bildirdi ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində tikiləcək 104 saylı məktəbin tikintisində bəzi işlərin görülməsini mənə təşkil edə bilər, amma bunun üçün əvvəlcədən bir qədər pul verilməlidir. Mən düşündüm vəziyyətdən çıxmaq üçün 20 min dollar məbləğində pulu Sahib Qarayevə verdim. Lakin sonradan həmin iş də mənə verilmədi. Layihə sənədlərini isə bu günə qədər məndədir. Sahib Qarayevin əməlləri barədə bir sıra dövlət orqanlarına yazmışam. Cənab Kəmaləddin Heydərovun qəbuluna düşmək istəmişəm. Lakin düşə bilməmişəm.

Saytların yığılması Saytlarin yigilmasi

Ümidlə sizə müraciət edirəm. İnanıram ki, cənab nazir bu ərizəmlə tanış olacaq, məni qəbul edib dinləyəcəkdir”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button