2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Kəmaləddin Heydərovun topdağıtmaz karxanası – Özəl Fotolar

Məlumdur ki, Azərbaycan uzun müddətdir hakimiyyətdə təmsil olunan və az qala toxunulmazlıq təminatı alan bir neçə oliqarx-məmurun ağılla gəlməz əməllərinə şahidlik etməkdədir. Heç şübhəsiz ki, bu statusa ən çox uyğun gələn məmur-oliqarx Fövqəladə Hallar naziri Kəmaləddin heydərovdur.
Xalq arasında onun Azərbaycanın ən zəngin məmuru olmasına dair əsaslı inanclar və əsatirlər dolaşmaqdadır. Ölkənin istənilən guşəsində adı Heydərova bağlı bir neçə ticarət müəssisəsi tapmaq mümkündür. Təbii ki, bu məqam özlüyündə Heydərov toxunulmazlığının göstəricisi sayıla bilər…
Amma fövqəlnazir statusunda qərarlaşan birisi üçün bu qədər xırda məqamlar gərək ki, çox da önəmli sayılmasın. Əgər cümlədə onun ad və soyadı işlədilirsə, ardınca mütləq elə fakt söylənməlidir ki, bu söyləntidən sonra eşidənin ən azı bir neçə dəqiqə reaksiyası yerində donub qalmaq olsun.
24saat.org olaraq bu yazımızda sizə təqdim edəcəyimiz faktlar da o qəbildən olanlardandır. Aşağıda sizə təqdim etdiyimiz fotodan da aydın görünür ki, cəbhənin düşmənlə üz-üzə qalan hissəsində Heydərov dünyasına aid olduğu iddia edilən çınqıl karxanası var gücü ilə fəaliyyət göstərir. Tərtər rayonun Şıxarx kəndi ərazisində yerləşən bu karxana barədə yerli sakinlərin fikirləri birmənalı olmasa da, onlar iddia edirlər ki, 2014-cü ilin Avqust ayınadək bu karxananın fəaliyyətinə düşmən tərəfdən təhlükə olub. Heydərov imperiasının ayrılmaz hissəsi olan “Gilan” Holdinqi çınqılla təmin etmək üçün çayin ən verimli hissəsində qurulşuş bu karxananın təhlükəsiz fəaliyyətini təmin etmək məqsədi ilə həmin tarixdə erməni yaraqlılarının fəallığından istifadə edən Azərbaycan ordusu uğurlu əməliyyat həyata keçirərək erməniləri daha 2 kənd geriyə qovmağa müəssər olub. Bu döyüşlərdə Azərbaycan ordusunun 14 əsgərinin şəhid olduğu barədə mətbuatda məlumatlara rast gəlmək olur .
24saat.org saytı həmin xilaskar çınqıl karxanasının fotolarını təqdim edir:

karxanapng1 karxanapng2 karxanapng3

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button