2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Kənd təsərrüfatı fəlakət həddində

Milli Şuranın sədri Cəmil Həsənli

Turan İA iqtisadi mövzuda maraqlı bir təhlil yazısı dərc edib (Link şərh bölümündə). Orada göstərilir ki, son zamanlar respublikaya ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalında çox ciddi artım müşahidə olunur. Agentliyin fikrinə görə bu ondan irəli gəlir ki, Azərbaycanda əhalinin təlabatını ödəyəcək qədər kənd təsərrüfatı və ərzaq məhsulları istehsal olunmur. Respublika Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 11 ayı ərzində, yəni yanvar-noyabr aylarında ölkəyə yeyinti məhsullarının idxalı 1 milyard 486,6 milyon dollar təşkil edib. Təhlil araşdırmasında göstərilir ki, Azərbaycan tarixində heç zaman ölkəyə bu qədər yeyinti məhsulları idxal edilməyib. Agentliyin məlumatına görə bu rəqəm 2018-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz, 2015-illə müqayisədə isə 69,7 faiz çoxdur. İndi bildiniz də söhbət nədən gedir: İlham Əliyevin çeşidli proqramları üzrə regionların inkişafına 65 milyard manat xərclənmiş bir ölkədə ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalı son 4 ildə 70 faiz artıb. Bəs, icrasına milyardlarla manat xərclənmiş ərzaq təhlükəsizliyi proqramları necə oldu? Axı bu proqrama görə 2015-ci ildən etibarən Azərbaycan əhalini yerli taxıl və qida məhsulları ilə təmin etməli idi. Bəs, hazırlanmasına 10 milyonlarla manat xərclənmiş və təmtəraqla təqdimatı keçirilmiş yol xəritələri harada qaldı? Axı, İlham Əliyevin üzərindən sükutla keçdiyi bu yol xəritələrinə görə hakimiyyət əhalinin ərzaq və qida məhsullarına olan ehtiyacının idxaldan asılılığını aradan qaldırmalı idi? İlham Əliyev ötən ilin sonunda yerli jurnalistlərlə müsahibəsində qeyd edir ki,”bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyuldu, böyük islahatlar paketi icra edilir və burada da 7 faizdən çox artım vardır.” Böyük invistisiyalar hesabına kənd təsərrüfatında 7 faiz artım (?), korrupsiya və bacarıqsızlıq hesabına son 4 ildə ərzaq və qida məhsullarının idxalında 70 faiz geriləmə. Yalnız ötən illə müqayisədə kənd təsərrüfatında inkişafın səviyyəsi, bu sahədə idxaldan asılılığının səviyyəsindən 3 dəfə geri qalır.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button