2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kənd Təsərrüfatı Nazirliyi: Sarı qarpız GMO deyil

Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycanda sarı qarpızın becərilməsi ilə bağlı məlumatlar yayımlanmaqdadır. Bir çoxları bunu qeyri-adı hal kimi qəbul edir. Bəzi şəxslər isə bu məhsulun geni modifikasiya olunmuş (GMO) məhsul olması ilə bağlı əsassız fikirlər səsləndirirlər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev AZƏRTAC-a bildirib ki, sarı qarpız adi qarpız kimi “Qabaqkimilər” fəsiləsinə aiddir və yabanı qarpızla adi qarpızın çarpazlaşdırılması nəticəsində əldə olunub.

Onun sözlərinə görə, bu məhsul adi qarpızdan rənginə və toxumların mət daxilində az olmasına görə fərqlənir: “Belə qarpızlar əvvəllər Tailandda, İspaniyada becərilirdi və qırmızı qarpızlara nisbətən daha məşhur idi. Rusiyada da belə sortlar yetişdirilir və adi qarpızdan həm şirinliyinə, həm də ekzotik dadına görə fərqlənir. Bəzi hallarda dadı limon və manqo meyvəsinin, bəzi hallarda isə qabaq meyvəsinin dadını verir.

Saytların yığılması Saytlarin yigilmasi

Qarpızın tərkibi bir çox vitaminlə zəngindir. A vitamini insanlarda görmə qabiliyyətinin artmasına və göz xəstəliklərinin qarşısının alınmasına kömək edir. C vitamini insanlarda viruslara və bir çox xəstəliklərə qarşı immuniteti gücləndirir, kalsium dırnaqların, saçların və sümüklərin möhkəmlənməsinə xidmət edir. Dəmir isə qanı az olan və anemiya xəstəliyinə məruz qalan xəstələrin sağalmasına, həzm prosesinin yaxşılaşmasına müsbət təsir göstərir və bağırsaqları artıq mayelərdən və çöküntülərdən təmizləyir.

Camal Quliyev meyvənin tərkibində yağ və xolesterinin olmadığını, həmçinin az kalorili məhsullara aid edildiyini diqqətə çatdırıb: “Buna görə də bu qarpızdan arıqlama məqsədilə və atiskleroz zamanı istifadə etmək mümkündür. Mətbəxdə əsasən desertlərin və mürəbbələrin hazırlanmasında geniş istifadə olunur. Yalnız sarı qarpızın rəngi ondan istifadə edən bəzi insanların psixologiyasına mənfi təsir göstərə bilər”.

Xidmət rəisi vurğulayıb ki, bu məhsulun yetişdirilməsində adi qarpızda olduğu kimi, pestisidlərdən və nitratlardan istifadə oluna bilər. “Buna görə də istehlakçılara yoxlanılmış yerlərdən və fitosanitar yoxlamadan keçmiş məhsullardan istifadə etmələrini tövsiyə edirik. Bu məhsul Azərbaycan bazarına yeni daxil olduğu üçün insanlarda qeyri-adi maraq yaradıb. Burada qeyri-adi heç nə yoxdur və uzun illərdir ki, dünya miqyasında məti ağ və yaşıl qarpız sortları da becərilir. Bu məhsulların GMO tərkibli olması barədə yayılan məlumatların heç bir əsası yoxdur və bu iddialar heç zaman təsdiq olunmayıb”, – deyə C.Quliyev bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button